Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

KOMİTƏ SƏDRİ “HACI CAVAD” MƏSCİDİNİN TALEYİNƏ AYDINLIQ GƏTİRDİ: “YENİ MƏSCİD TİKİLƏRSƏ…”

“Söküləcək məscidin yerində eyni adlı yeni məscid tikilirsə…”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı “Hacı Cavad” məscidinin taleyinə aydınlıq gətirib.

“Din.az” xəbər verir ki, M.Qurbanlı bildirib ki, bu məsələ ilə bağlı xüsusi komissiya yaradılır.


M.Qurbanlı deyib ki, əgər söküləcək məscidin yerində eyni adlı yeni məscid tikilirsə, bu, məscidin fəaliyyətini davam etdirməsi deməkdir. Onun sözlərinə görə, yeni məscid tikilərsə, “Hacı Cavad” adı altında yeni formada fəaliyyət göstərəcək: “Yenə də qeyd edim ki, veriləcək rəylərdən sonra məscidin harada olacağı ilə bağlı qərar qəbul olunacaq. Mühəndis təhlilləri məscidin təmir olununmasının mümkün olub-olmadığını göstərəcək. Bundan sonra məscid yeni formada fəaliyyətini davam etdirəcək”.
Komitə sədrinin sözlərinə görə, məscidə baxışdan belə görünür ki, bina o qədər də davamlı deyil. O, 1912-ci ildə tikilən binanın sovet dövründə məscid kimi istifadə olunmadığını da əlavə edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az