Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

KOMİTƏ SƏDRİ: “AŞURA TƏDBİRLƏRİ FƏTVAYA UYĞUN HƏYATA KEÇİRİLƏCƏK”

“Aşura mərasimləri yüksək səviyyədə, qanun çərçivəsində, fətvada irəli sürülən fikirlər çərçivəsində baş tutacaq”.

“Aşura tədbirləri ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin fətvası var və bu fətva kütləvi informasiya vasitələrində yayılıb. Həmin fətvada irəli sürülən fikirlər bütün məscidlərdə həyata keçiriləcək”.

Din.az APA-ya istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, Aşura mərasimləri yüksək səviyyədə, qanun çərçivəsində, fətvada irəli sürülən fikirlər çərçivəsində baş tutacaq.

“Dövlət Komitəsinin respublikanın rayonlarında şöbələri, nümayəndələri var. Biz məscidlərdə vaxtaşırı monitorinqlər keçiririk. Bu cür monitorinqlər davam etdiriləcək. Təbii ki, bu monitorinqlərin məqsədi qanuna əməl edilib – edilməməsi haqqında məlumatlanmaqdır”, – deyə M. Qurbanlı qeyd edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az