Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

KOMİTƏ: “MƏHƏRRƏMLİKLƏ BAĞLI TƏDBİRLƏR QANUNLARA UYĞUN ŞƏKİLDƏ KEÇİİRİLMƏLİDİR”

“Məhərrəmlik tədbirləri xurafata yol vermədən keçirilməlidir”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi(DQİDK), Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qazısının təşkilatçılığı ilə Lənkəran şəhər “Cümə” məscidində Məhərrəmlik ayına həsr edilmiş tədbir keçirilib.
Din.az bildirir ki, tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, QMİ-nin qazısı Qəni Axundzadə, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan QMİ-nin qazısı Qəni Axundzadə İslamın elm, mədəniyyət dini olduğunu, həmiçinin dünyəvi dəyərləri özündə ehtiva etdiyini bildirib. Q.Axundzadə Məhərrəmlik tədbirlərinin QMİ-nin fətvasına uyğun şəkildə, xurafata yol vermədən keçirilməsininin vacibliyini vurğulayıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov dövlət-din münasibətlərindən bəhs edərək ölkəmizdə tolerant və multikultural dəyərlərin tarixi köklərinin olduğunu, dözümlülük və dini tolerantlığın həyat tərzimizə çevrildiyini vurğulayıb. Q.Məmmədov Məhərrəmliklə bağlı tədbirlərin qanunlara uyğun şəkildə keçirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Lənkəran ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Asif İmanlı Prezident İlham Əliyev tərəfindən bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsini zamanı qabaqlayan addım kimi dəyərləndirib, bu həmrəyliyin sülhün və inkişafın təminatı olduğunu bildirib. A.İmanlı tədbirlərin qanun çərçivəsində, qanunvericiliyin tələblərinə riayət etməklə keçirilməsinin əhəmiyyətini vurğulayıb. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az