Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

KOMİTƏ: MƏHƏRRƏM AYI İLƏ BAĞLI TƏDBİRLƏR MÖVCUD QANUNVERİCİLİYƏ UYĞUN KEÇİRİLMƏLİDİR (FOTO)

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası oxunub.

Bu gün Göyçayın “Əbülfəzlil Abbas” məscidində Məhərrəm ayının başlaması ilə əlaqədar tədbir keçirilib.

Din.az bildirir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası oxunub.

Daha sonra Göyçay RİH başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalovanın, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyevin və QMİ-nin Göyçay-Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi Rəsul Kazımovun çıxışları dinlənilib.

Natiqlər qeyd ediblər ki, bu gün Azərbaycan müxtəlif millətlərin, dini konfessiyaların dinc yanaşı yaşadığı unikal nümunədir. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə öz etiqadlarını ifadə etmək, dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradılıb.

Tədbirdə eyni zamanda Məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericiliyə uyğun şəkildə keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az