Koalisiya məscidi hədəf aldı: Terrorçular öldürüldü

Məscid İŞİD-çilərin hədəfinə çevrildi.
ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri Suriyada İŞİD-çilərin qərargah nöqtəsi kimi istifadə etdiyi məscidi hədəf alıb.
Din.az xəbər verir ki, aviazərbə zərbə zamanı bir neçə terrorçu məhv edilib.
Koalisiyanın məlumatında deyilib ki, terror qruplaşması müntəzəm olaraq xüsusi statusa malik binalardan (xəstəxana, məscid və s.) istifadə edir.