Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Kiyevdə Myanmanın müsəlman əhalisinin soyqırımına qarşı etiraz aksiyası keçirilib

Ukraynada Myanma soyqırımı qurbanlarına dəstək nümayiş etdirilib.

Ukraynanın paytaxtı Kiyev şəhərində, Xarici İşlər Nazirliyinin binası qarşısında Myanmanın müsəlman əhalisinin soyqırımına qarşı etiraz aksiyası keçirilib.

Din.az Report.az-a istinadən xəbər verir ki, aksiya iştirakçıları soyqırım qurbanlarına dəstək ifadə ediblər.

Əllərində “Müsəlmanların soyqırımına yox” şüarları və vərəqləri tutmuş onlarla insan XİN-in binası qarşısında toplaşıb. Onlar “Soyqırıma yox” tələblərini səsləndiriblər. Aksiya iştirakçıları Ukraynanın Xarici İşlər Nazirliyini və bu ölkənin BMT-dəki səlahiyyətli nümayəndəsini, həmçinin dünya birliyini mülki əhalinin qırğınının dayandırılması üçün tədbirlər görməyə çağırıblar.

“Dünya birliyi diqqəti Myanmada baş verən hadisələrə yönəltməlidir ki, dünya ictimaiyyəti milli və dini əlamət üzrə soyqırımın dayandırılması üçün tədbir görsün. Ukrayna öz mövqeyini ifadə etməlidir.

Bizim ölkəmiz bu gün dünya ictimaiyyətindən Krımın işğalına, Donetsk hövzəsində müharibəyə mövqeyini ifadə etməyi gözləyir. Amma eyni zamanda biz də başqa ölkələrdəki problemlərə reaksiya verməliyik. Bundan uzaqlaşmaq olmaz. Dünya çox sıx və qlobaldır və beynəlxalq ictimaiyyət belə hadisələrə reaksiya verməlidir”, – deyə Ukrayna Müsəlmanlarının Ruhani İdarəsinin müftisi Səid İsmaqilov “Report”a bildirib.

Aksiyada Ukraynanın xalq artistləri, ictimai fəallar, müsəlman dini təşkilatlarının rəhbərləri, Qafqaz diasporunun liderləri və Kiyev sakinləri iştirak edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az