“Kim “dünya fırlanır” və ya “kürə formasındadır” desə, kafirdir”.

“Dünya fırlanır” deyən kafir olur.
Səadəddin Merdin
Alimlər birgə rəy bildirdilər.
Kim “dünya fırlanır” və ya “kürə formasındadır” desə, kafirdir.
Din adamlarından biri XX əsrin sonunda belə deyir: “Dünya fırlanır” deyən kafir olur. Çünki dünyanın fırlanmadığı və ya kürə formasında olmadığı ilə bağlı alimlərin birgə rəyi vardır.
Ən qorxulusu isə odur ki, həmin şəxs bu dediklərini Universitet rektoru adı ilə imza atdığı bir kitabla “elmi” nəşr kimi dünyanın qarşısına çıxarır.
Bu iddia Səudiyyə Ərəbistanının şeyxülislamı sayılan Əbdüləziz bin Bazza məxsusdur.
Haqqında bəhs edilən əsər isə bin Baazın Mədinə İslam Universiteti nəşrləri arasında çıxan “əl-Ədillətun-naqliyyatu val-hissiyyə alə cərəyaniş-şəmsi va sukunil-arzi va imkanis-suudi iləl-kəvəkib” adlı kitabdır.
Türk dilində: Günəşin hərəkətdə olduğuna, Dünyanın fırlanmadığı və planetlərə yaxınlaşmağın mümkün olmadığı ilə bağlı nəqli və hissi (empirik) sübutlar.
İslam ölkəsinin ən böyük dini alimi sayılan bin Baazın nə dediklərinə nəzər yetirin:
Bin Baaz deyir:
Dünya və planetlər mövzusunda bu sahənin mütəxəssisləri olan astronomiya alimlərinin verdikləri məlumatlar əsla güvənəcəyimiz sübutlar deyildir. Çünki bu sözlər hər hansı dini qaydaya deyil, güman və ehtimallara əsaslanır.
Digər tərəfdən, hər hansı mövzuda İslam alimlərinin birgə rəyi varsa, həmin rəy haqdır, bunun əksini düşünmək və mübahisə etmək olmaz.
Baaz görür ki, bu əsrdə onun fikirləri bir çox elm adamları arasında yayılır. Günəş sabitdir, Dünya yuvarlaqdır, o həm öz ətrafında, həm də Günəş ətrafında fırlanır.
Baaz insanları bu “azğın” düşüncələrdən uzaqlaşdırmaq və həqiqətə yönləndirmək üçün həmin kitabı yazmaq qərarına gəlib.
Artıq bundan sonra hələ də “Dünya kürə formasındadır”, “Dünya fırlanır”, sözləri Allahı və peyğəmbəri təkzib etməklə bağlı küfr və azğınlıqdan başqa bir şey olmayacaq. Allahı, Quranı və Peyğəmbəri təkzib edənlər isə dindən çıxırlar. Bunlara tövbə etmək təklif edilir. Dinləyib tövbə etsələr, nə yaxşı. Etməsələr, köhnə düşüncələrində inad göstərsələr, kafir və mürtəd kimi qətlə yetiriləcəklər. Onlardan sonra qalan mal-mülkləri isə ölkə xəzinəsinə verilir (eyni əsər 23 ).
Bu şeyx Dünyanın kürə şəklində olmadığı və fırlanmadığı ilə bağlı dediyi sübutlardan sonra qəti susdurucu sübut kimi irəli sürdüyü hissi, yəni obyektiv elmi sübutlara keçir.
Belə ki;
Müsəlman və kafir olmaqla, bütün insanlar Günəşin daim axşam bir yerdə batdığını, səhər isə başqa yerdən çıxdığını görürlər. Bu insanlar Dünyanın da daim eyni yerdə dayandığının şahidi olurlar. Nə bölgələr yerini dəyişir, nə də dağlar… Əgər güman edildiyi kimi Dünya fırlansaydı, bölgələr, dağlar, çaylar, dənizlər daim yerlərini dəyişdirərdilər…)
Necə baxsanız, “Dünya fırlanır” demək böyük azğınlıq və səfehlikdir (eyni əsər 23)
Bin Baaz bu gülünc sübutlarını sıra ilə qeyd etdikdən sonra Dünyanın fırlanmadığı və kürə şəklində olmadığı məsələsində qəbul etdiyi alimlərin birgə rəylərindən uzun-uzadı sübutlar gətirir.
Beləliklə, aldadılmış insanların “Dünya fırlanır və kürə formasındasdır” “küfr”ündən xilas olub doğru yola gəlmələrini bildirir…
Bu kitabda nümayiş etdirilənlər din, elm və müsəlmanlar adına göstərilən faciəvi inkvizisiya qeydlərində də mövcud olmayıb. Bu məqamda Qalileyi mərhəmət və hörmətlə xatırlayıram.
Siz Bin Baaza qəzəblənməyin!
Kitablar belə yazır.
Ərzurumlu İ. Hakkı “Marifetname” əsərindəki hər bölmə “ayə və hədislərin dediyi kimi, alimlərin birgə rəyinə əsasən” şəklində başlayır.
Mərkəzində Günəş olan kainat anlayışına bəşəriyyət hələ bir neçə əsr əvvəl gəlib. İndi Günəşin kainatda cüssə və mövqe baxımından adları da oxunmur.
Müqəddəs kitablardan elm öyrənənlər varsa, buyursun gəlsin!
Bin Baazın hələ də Türkiyədə tərəfdarının olduğunu düşünün. Başda sələfilər olmaqla, qatı nas tərəfdarı, literal Quran oxuyanlar və başqaları arasında hələ də dünyanın düz olduğunu deyən insanlar vardır.
Din.az Türkiyə mətbuatına istinadən