Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Kərtənkələnin günahı nədir?

İnsanların uydurduqları din bundan artıq olmaz…

Hədis rəvayətlərində kərtənkələnin fasiq olduğu və öldürülməsinin vacib olduğu deyilmişdir: “Rəsulullah kərtənkələnin öldürülməsini əmr etdi və onu “fuvəysiqa” adlandırdı” (Muslim, Salam 144, (2238); Əbu Davud, Ədəb 176, (5262).

Başqa rəvayətdə isə kərtənkələ öldürərkən vurma sayının savabları hesablanmışdır: “Rəsulullah buyurdu: “Kim kərtənkələni ilk zərbədə öldürsə, ona yüz savab yazılır. İkinci zərbədə öldürsə, daha az savab qazanır. Üçüncü vuruşda isə bundan da az savab qazanır” (Muslim, Salam 147 (2240); Əbu Davud, Ədəb 175, (5263, 5264); Tirmizi, Ahkam 1, (1482).

Burada insan, “Bu kərtənkələ ilə nə probleminiz var?” sualını vermək istəyir. Lakin hədis rəvayətlərində kərtənkələnin, İbrahim üçün yandırılan odu daha da alovlandırmaq üçün üfürdüyü iftirasına məruz qaldığını gördükdə, kərtənkələ düşmənçiliyinin səbəbi də aydın olur.

Bununla yanaşı, kərtənkələnin zəhərli heyvan olduğu üçün öldürülməsinin əmr edildiyi iddia olunur. Halbuki kərtənkələlərin əksəriyyəti iddia edildiyi kimi zəhərli varlıqlar deyillər.

Uzunluqları bir metrə çatan və zəhərli olan bəzi növlərinin də zəhər ötürmə xüsusiyyətləri inkişaf etmədiyinə görə insanlar üçün ciddi təhlükə yaratmırlar. Əksinə, kərtənkələlər həşərat və qurdlarla qidalandıqlarına görə insanlar üçün faydalı sayılırlar.

Allah heç bir canlını boş yerə yaratmamışdır. Onların hər birinin ekoloji sistemdə nizamı təmin etmək üçün müəyyən rolu vardır. İnsana birbaşa zərər verən heyvanlar üçün lazımi tədbirlər görülür. Bunun xaricində Allahın birbaşa öldürülməsini əmr etdiyi heyvan yoxdur.

Emre DORMAN

MÜZAKİRƏ

1 şərh Kərtənkələnin günahı nədir? üçün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az