Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Kəbə üçün yeni örtüyün tikişi başa çatmaq üzrədir – FOTO

Hazırlanmasına 120 kiloqram qızıl istifadə olunur…

Bu ilin həcc ziyarəti ərəfəsində kisva tikişi üzrə fabrik işçiləri sentyabrın 12-də – Ərəfə günündə Kəbəni örtəcək məşhur qara örtüyün tikilişini sona çatdırmaq üzrədirlər. 

“Din.az”ın “SalamNews”a istinadən verdiyi məlumata görə, Kisva, Məkkədəki müqəddəs Kəbənin üzərinin örtüldüyü örtükdür. O, hər il həcc ziyarəti ərəfəsində dəyişdirilir, ziyarət başa çatdıqdan sonra isə örtük hissələrə bölünərək müsəlmanlara paylanılır.

Bəzi alimlərin fikrincə, Kəbənin üzərini kisva ilə örtmək ənənəsi mənbəyini İsmayıl peyğəmbərin (ə) zamanından götürür.

Kisva xalis ipəkdən hazırlanır, qara rəngə boyanır və təxminən 700 kiloqram çəkiyə malikdir.

Onun hazırlanma prosesində təxminən 120 kiloqram qızıl və 25 kiloqram gümüş sapdan istifadə olunur.

211733-INNERRESIZED600-700-2

211734-INNERRESIZED600-700-3

211735-innerresized600-700-1_406

kisva3

kiswa-s

MÜZAKİRƏ

1 şərh Kəbə üçün yeni örtüyün tikişi başa çatmaq üzrədir – FOTO üçün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az