Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Katoliklər və pravoslavlar nə üçün ayrıldı?

Papa İstanbul patriarxının, patriarx isə Papanın dindən xaric etdiyini elan edir.

 

Dünyanın ən böyük iki xristian məzhəbinin 1054-cü ildə bir-birlərini qarşılıqlı dindən uzaqlaşdıraraq ayrıldıqlarını bilirik. Bəs bu ayrılığın arxa planında həqiqətən yalnız dini səbəblər var? Hər iki kilsənin siyasətə yanaşmasının bu ayrılığa hər hansı təsiri oldu?

Bizansın xristian dövlət kimi yüksəlişi

IV əsrdən başlayaraq xristian dünyasının beş mühüm patriarxlıq mərkəzi vardı. Bu mərkəzlər qərbdə Romada, şərqdə isə Antakyada, İsgəndəriyyədə, Qüdsdə və İstanbulda idi. Romadakı mərkəzin dili Latın dili, digər mərkəzlərin dili isə əsasən Yunan dilində idi. Yeni və güclü xristian imperiyası yaratmaq arzusu ilə Roma dövlət ənənəsinin qədim Yunan mədəniyyəti və şərq xristian adətlərilə yenidən şərh edilməsinin təsirilə Bizans quruluşundan başlayaraq Romadan fərqli olaraq, Xristian dövlət kimi inkişaf etməyə başladı.

Bizansın yaranmasından dərhal sonra qərbdə Roma imperiyası torpaqları Tevton qəbilələri tərəfindən işğal edildi və bu işğallar nəticəsində Avropada “qaranlıq dövrlər” adlanan dövr başladı. Qərbdəki bu iqtisadi və siyasi qarışıqlıq mühiti məsafə uzaqlığı və dil fərqi səbəbilə şərqin qərbə yad olma prosesi başladı.

group-fotoŞərqdə qurulan kilsələrin inkişafı

Qərb qaranlıq dövrlər adlanan xaos mühitində olarkən, xalqın təhsil səviyyəsi getdikcə aşağı düşdü və Romadan asılı olan din adamları sinfi ən mühüm təhsil hakimiyyəti vəziyyətinə gəldi. Həm din, həm də elm Romadakı kilsənin birbaşa nəzarətinə keçdi. Şərqdə isə vəziyyət fərqli idi. Ümumi təhsilin və məktəb sayının çox olması cəmiyyətin intellektual səviyyəsini artırdı. Din adamı sinfindən olmayan teoloqların sayı getdikcə artdı, dini ənənədə aktiv rol oynamağa başladı. Bundan başqa, qərbdə yeni insanlar xristianlaşdırıldıqca, Latınca dini ünsiyyət dili və kilsə dili kimi zəruri oldu. Dini liderlik üçün Romaya müraciət olundu. Qərbdən fərqli olaraq, şərqdə aparılan missionerlik fəaliyyətlərində İncilin müxtəlif dillərdə şərh edilməsinə izin verildi. Şərqdə yeni kilsələr qurulub inkişaf etdikcə, hər biri əsas kilsədən idarə baxımından azad oldu. Xüsusən İstanbul patriarxlığından asılı olan kilsələr Balkan dövlətlərində aktivliyini artırıb Romanın təsiri altında olan torpaqlarda güclənməyə başladıqda, siyasi mübarizə daha da dərinləşdi. 

Filiok adlı inanc mübahisəsi

Şərq və qərb arasında olan mübahisənin zirvə nöqtəsi Filiok adlı teoloji mübahisə oldu. Filiok Latın dilində olub “oğul” mənasına gəlir. Bu mübahisə Müqəddəs Ruhun yalnız atadan, yoxsa, həm ata həm də oğuldan gəlməsi sualına cavab axtaran mübahisədir. Romadakı kilsə “oğuldan” ifadəsinin, İznik Şurasının əsas müddəalarına  (b.e. 325) əlavə edildiyini və Müqəddəs Ruhun “Ata və oğuldan” gəldiyini qəbul edir. Əsas müddəaların Latın dilində qarşılığı belədir:

Et in Spiritum Sanctum, Dominum, et vivificantem: qui ex PatreFiliokprocedit
(Müqəddəs Ruh içində, sahiblik və hayat verən, atadan və oğuldan gəlmişdir).

Lakin şərqdəki kilsələr İznik müddəalarının İstanbul Şurasında (b.e. 360) işlədilən Yunan dilində versiyasında bu ifadənin qeyd edilmədiyini bildirir. Müqəddəs Ruhun yalnız atadan gəldiyini qəbul edir və “filiok”sözünün mövcudluğunu rədd edir.Ata oğula ehtiyac hiss etmədən Müqəddəs Ruhun çıxması üçün kifayət edir. Onlar əsas müddəanın Yunan dilində aşağıdakı formasını istifadə edirlər:

Καὶ εἰς τὸ Πνεῦμα τὸ Ἅγιον, τὸ κύριον, τὸ ζῳοποιόν, τὸ ἐκ τοῦ Πατρὸς ἐκπορευόμενον
(Müqəddəs Ruh içində, sahiblik və hayat verən, atadan gəlmişdir).

img 1054-cü ildə baş verən qarşılıqlı dindən xaricetmə

İstanbul kilsəsi və onunla eyni düşüncədə olan digər şərq kilsələrinin artan təsiri Romanı hərəkətə gətirir. 1054-cü ildə Papa IX Leo İstanbul patriarxı Mixael Karulariusa məktub göndərir. Papa bu məktubunda Donatio Konstantini adlı bir sənəddən bəhs edir. Bu sənədə əsasən, İmperator Konstantin həyatda olarkən, Roma İmperiyasının qərbi üzərindəki dini hakimiyyəti Romadaki kilsəyə ötürdüyünü bildirmişdir. Lakin İstanbul patriarxı bu sənədin həqiqi olmasını və Papanın üstünlüyünü qəbul etmir. Bu mübahisədən sonra Papa İstanbul patriarxının, patriarx isə Papanın dindən xaric etdiyini elan edir. İstanbul patriarxlığı ilə eyni düşüncəyə sahib digər şərq kilsələri də bu prosesdə İstanbul patriarxlığının arxasında dayanır.

Latınların İstanbulu işğal etməsi

Mübahisələr din adamları arasında davam etsə də, 1204-cü ildə IV Xaç Yürüşünə qədər xalqa çox da təsir etmir. Lakin bu Xaç Yürüşü ilə Latınlar İstanbulda Ayasofya, İmperiya Kitabxanası və digər bir çox Pravoslav müqəddəs mərkəzini qarət edirlər. Bundan sonra Patriarxlığın rəhbərliyinə bir latın gətirilir, xalq Katolik olmağa məcbur edilir və müqəddəs əşyalar Romaya qaçırılır. İstanbulda Latın imperiyası elan edilir. Lakin 1261-ci ildə bu Latın imperiyasına Bizans imperatoru VIII Mixael Palaioloqos tərəfindən son qoyulur. Palaioloqos xanədanlığı İstanbulun türklər tərəfindən fəthinə qədər Bizansa hakim olur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az