Katolik kilsənin iki keşişinə hökm oxunub – VİDEO

Keşişlərdən uşaqlara qarşı cinsi zorakılıq faktları …
Argentina məhkəməsi Mendosa əyalətində Roma katolik kilsəsinin iki keşişinə və sabiq bağbanına yetkinlik yaşına çatmayan uşaqlara qarşı cinsi istismar və korrupsiya ittihamı ilə hökm oxuyub.
Din.az xəbər verir ki, keşişlər – Nikola Korradi 42 il, Orasio Korbaxo 45 il müddətinə azadlıqdan məhrum edilib. Məktəbin bağbanı Armando Qomes isə 18 il həbsə məhkum olunub.
Hökmdən şikayət verilə bilməz. Onlara qarşı ittiham danışma və eşitmə əngəlli uşaqlar üçün məktəbin 20 şagirdi tərəfindən irəli sürülüb. / oxu.az
//baku.tv/az/kriminal/11315/