Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Kanadada müsəlman qadınlara HİCAB dəstəyi

Müsəlman qadınlara hicab dəstəyi…

Kanadanın Fort MakMurrey şəhərində bir qrup qadın islamofobik hadisələrə etiraz olaraq və müsəlman qadınlara dəstək nümayiş etdirərək 1 ay baş örtüyü taxacaqlar.

“Din.az” Türkiyənin “muslimport.com” saytına istinadən xəbər verir ki, 2014-cü ildən etibarən bütün Kanadada təşkil edilən Ümumdünya Hicab Günü (World Hijab Day) tədbiri Fort MakMurrey şəhərində bu il fərqli diqqət çəkib.

Həmin tədbirin təşkilatçısı Kiran Malik Xan, tədbir haqqında eşidən 7 kanadalı qadının onların yanına gələrək baş örtüyü taxmaq üçün icazə istədiklərini bildirib. Kiran Malik Xan belə deyib: “Tədbirin adını “Hicab dostluğu” qoyduq. Onlar icazə istədikləri zaman biz çox sevindik. Başlarını örtməyə ayın əvvəlində başladılar və 30 gün başlarını örtəcəklər”.

Kiran Malik Xan baş örtüyünün dini rəmz olması səbəbilə 7 kanadalı qadına 30 gün ərzində tabe olacaqları şərtləri də açıqladıqlarını qeyd edərək deyib: “Baş örtüyünü nə üçün taxdığımız və digər cəhətləri onlara izah etdik. Bu şərtləri yerinə yetirəcəklərilə bağlı hamısı bizə söz verdilər”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az