Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

KANADADA MƏSCİDƏ NÖVBƏTİ HÜCUM DALĞASI

Təhrif edilmiş Qurani Kərim və təhqirlərlə dolu məktub…

Kanadanın Kvebek şəhərində yerləşən məscidin önünə, içərisində təhrif edilmiş Qurani Kərim və İslam dininə dair təhqirlərin yer aldığı bir məktub olan paket qoyulub.

Din.az Metbuat.az-a istinadən bildirir ki, məlumatı Kvebek polisinin mətbuat xidmətinin rəhbəri Deyvid Poitras təsdiqləyib. Hazırda məsələ ilə bağlı irimiqyaslı araşdırma başlayıb.

Kvebek əyalətinin baş naziri Filipp Kuilyard baş verənləri “iyrənc addım” adlandırıb.

Qeyd edək ki, yanvar ayında sözügedən məscidə edilən hücum nəticəsində 6 müsəlman dünyasını dəyişmişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az