Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

KANADADA MƏSCİDƏ EDİLƏN HÜCUM ZAMANI ÖLƏNLƏRİN SAYI ARTDI

Silahlı hücum 40-a qədər müsəlmanın yatsı namazını qılmaq üçün məscidə olduqları zaman yaşanıb.

Kanada ötən gündən Quebek bölgəsində yerləşən bir məscidə edilən silahlı hücum zamanı sarsılıb. Silahlı hücum zamanı 6 nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb. Kanadanın səlahiyyətli şəxsləri tərəfindən verilən açıqlamaya görə, hadisənin terror hücumu olduğu deyilir.

“Din.az” “A24.az”a istinadən bildirir ki, Quebek bölgəsinin mərkəzi şəhəri olan Quebek şəhərində eyni zamanda məscid olaraq istifadə edilən Quebek City İslam Mədəniyyət Mərkəzi yatsı namazından sonra silahlı hücuma məruz qalıb. Polis hadisədən sonra iki şübhəlini nəzarət altına alıb. Ədliyyə işçiləri bölgədə təhlükəsizliyin təmin edildiyini, vəziyyətin nəzarətdə saxlandığını açıqlayıb.

Şahidlərin dediklərinə görə, silahlı hücum 40-a qədər müsəlmanın yatsı namazını qılmaq üçün məscidə olduqları zaman yaşanıb.

Hadisədən sonra Kanadanın baş naziri Castin Trudeau başsağlığı mesajı yayımlayıb. Trudeau tvitterdən paylaşdığı mesajda “bu gecə kanadalılar Quebek şəhərindəki məscidə edilən silahlı hücumda öldürülən insanların yasını tutur” ifadəsini işlədib və hadisə zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Daha sonra Kanadanın baş naziri verdiyi açıqlamada məscidə edilən silahlı hücumu “müsəlmanlara qarşı terror hücumu” olaraq qiymətləndirib. Trudeau “bir ibadət məkanında müsəlmanlara qarşı həyata keçirilən bu terror hücumlarını qınayırıq” deyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az