KANADA ABŞ-DAN FƏRQLİ OLARAQ MÜSƏLMANLARA BÖYÜK JEST ETDİ

“Bizim gücümüz müxtəliflikdədir”
Kanadanın baş naziri Castin Tryudo ölkəsinin dinindən asılı olmayaraq bütün qaçqınları qəbul etməyə hazır olduğunu bildirib.
“Din.az” “A24.az”a istinadən xəbər verir ki, Kanadanın baş naziri bütün qaçqınları qarşılayacağını deyib.
“Kim ki, müharibə, terror və təqiblərdən xilas olunur, kanadalılar onları salamlayacaq. Bizim gücümüz müxtəliflikdədir”, – deyə o, “Twitter”də yazıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp əhalisi müsəlman olan yeddi ölkənin vətəndaşlarının Birləşmiş Ştatlara daxil olmasına qadağa qoyulması haqqında fərman imzalayıb.