Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Kafiristan necə Nuristan olub?

Əsrlərlə İslama qarşı dirənən Kafiristan…

Əfqanıstanın şərqində yerləşən Nuristan adlı bölgənin əvvələr Kafiristan olaraq tanınması və İslam diniylə tanış olması ilə bağlı maraqlı məlumatlar var.

Din.az A24.Az-a istinadən xəbər verir ki, qədim dövrlərdə Hinduquş dağlarının cənub-şərqində önəmli bir yeri işğal edən Nuristan olduqca fərqli insanlarıyla tanınır.

Nuristanın coğrafiyası qədər tarixi ilə bağlı da maraqlı faktlar var. Əfqanıstan İslam dini ilə 7-ci əsrdə tanış olub. Müsəlmanların Əfqanıstana girişi, ölkənin qərbindəki Heratın 652-ci ildə ələ keçirilməsi ilə başlayıb. İslam orduları 683-cü ildə getdikcə irəliləyərək paytaxt Kabili də ələ keçiriblər. Zaman-zaman bəzi məğlubiyyətlər yaşasalar da İslam dini bu ölkənin hər yerinə yayılıb. 10-cu əsrdə Qəznəvilər tərəfindən ölkədə islam dinin siyasi hakimiyyəti tamamilə təsis edilib.

Əsrlərlə İslama qarşı dirənən Kafiristan

Lakin Əfqanıstanda elə bir bölgə var ki, İslam dinini 20-ci əsrə qədər inadla qəbul etməyiblər. Bu indi Nuristan olaraq tanıdığımız Kafiristandır…

Bu bölgə 20 əsr Hinduizmə bağlı qalıb. Bölgədə fərqli millətlər yaşayır. Burdan islam getdikcə yayılmağa başlayıb.

Peştu, özbək, tacik, hazara kimi fərqli millətlərdən ibarət olan Nuristanda yaşayanların 99 %-i Nuristani adlandırılır. Yəni bölgədəki digər millətlərlə əlaqələri yoxdur. Bu xalq uzun boylu, rəngli gözlü, qızılı-sarışın saçlı insanlardan ibarətdir. Bölgədə yaşayan xalqlardan biri də Kalaşlardır. Bu millətin Hind- Aryen kökənindən gəldiyi deyilir Nuristan soyunun Makedoniyalı İskəndərin bölgəyə gələn ordusuya əlaqədar olduğu da bildirilir.

Bölgə xalqı həm islam dininə olan müxalifliklərinə həm də dini dəyərlərə qarşı fərqli düşüncələrinə görə “kafir” adlandırılıb.

Ölkə Əfqanıstanda birliyi təmin edib, buranı idarə etməyə başlayan dəmir əmir ləqəbli Əbdurəhman Xan dövrünə qədər kafir kimi tanınıb. Əbdurəhman xan ölkəni İslam və Əfqanıstan müstəvisində birləşdirmək üçün hazarlar və nuristanlılar üzərinə səfərlər edib və onların islam dininə keçməsini təmin edib. Bundan sonra bölgə Nuristan yəni “Nurun diyarı” adlandırılıb. Nuristanda əvvəlki inanclarına bağlı qalan son icmalar da 1930 və 70-ci illərdə İslama keçib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az