Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İstanbulda İrana qarşı yayımlar aparan teleşirkətin rəhbəri öldürülüb

İran əleyhinə təbliğatda günahlandırılan şəxs qətlə yetirilib.

İstanbulda aprelin 29-da axşam yerli vaxtla saat 20.15 radələrində peyklə fars dilində yayımlanan 17 telekanalı özündə birləşdirən CEM TV teleşirkətinin rəhbəri Səid Karimian və küveytli ortağı Əl-Muhtari öldürülüb.

“Din.az”ın APA-ya istinadən verdiyi məlumata görə, İran əsilli britaniyalı iş adamı S. Karimian və ortağının olduğu avtomobilin qarşısı Maslakda “Cip” markalı avtomobilə kəsilib.

Karimiana məxsus avtomobil dayanıb və bu zaman qarşıdakı avtomobildən düşən iki nəfər atəş açmağa başlayıb. S. Karimian və ortağı hadisə yerinə həyatını itirib. Daha sonra cinayətkarlar sürətlə hadisə yerindən uzaqlaşıblar. Onların olduğu avtomobil Kemerburgaz yolunda yandırılmış vəziyyətdə tapılıb.

Qeyd edək ki, Tehran məhkəməsi qiyabi olaraq S. Karimian barədə İran əleyhinə təbliğatla əlaqədar 6 il azadlıqdan məhrumetmə qərarı verib. S. Karimianin yaxınları bildiriblər ki, o son 3 ay ərzində İran hakimiyyətindən hədələr alıb və buna görə də yaxın vaxtlarda Londona qayıtmağı planlaşdırırmış.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az