İstanbulda hicablı qıza hücum etdilər

Türkiyədə hicablı qıza qarşı kobudluq etdilər.
İstanbulun Maltəpə ərazisində avtobusda olan bir qadın sərnişin hicablı gənc qıza hücum edib.
“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda sərnişin qadın hicablı gənc bir qıza qarşı kobud rəftar edib. Qızın başındakı örtüyü çıxaran və ona yumruq atan qadın aqressiv şəkildə bunları deyib: “Siz terrorçusunuz, sizə görə dünyada insanlar ölürlər. Sən başın bağlı halda təhsil ala bilməzsən”.