Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İsraillin din alimindən qan donduran sözlər: Sularına zəhər qatın!

Bu, fələstinlilərə qarşı ilk belə çağırış deyil…

Xaxamlar Şurasının (yəhudi din elm adamları) sədri Shlomo Mlmad, fələstinlilərin suyuna zəhər qatıla biləcəyi yöndə qalmaqallı bir fətva verdi.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Fələstinin Qərbi Şəriyyədəki Xaxamlar Şurasının başçıcı Shlomo Mlmad cümə günü fələstinliləri yaşadıqları bölgələrdən köç etdirmə hədəfi ilə içdikləri suya zəhər qatıla biləcəyi fətvasını verib. Fələstinlilər isə xaxama sərt reaksiya göstərərək, sözlərin fitnəkar bir çağırış olduğunu bildirib.

“Bütün dünyanın məsum və günahsız insanlar üçün çalışması lazımdır”

Fələstin Milli Şurasının sədri Səlim əz-Zanun, bütün dünyanın günahsız insanların dini və irqi səbəbiylə qanının tökülməsinə səbəb olacaq fitnəkar açıqlamaları sonlandırmaq üçün fəal olması lazım olduğunu vurğulayıb.

İrqçi və radikal din anlayışı…

Açıq şəkildə Sionist rejimli İsrailin baş naziri Binyamin Netanyahu hökuməti tərəfindən dəstəklənən və bu düşməncə ilə mübarizə aparılması lazım olduğunu ifadə edən Zanun, ötən həftə Qərbi Şərqiyyədəki yəhudilərin məskunlaşdığı ərazilərə təxminən 20 milyon dollarlıq dəstəyin verildiyinə də toxunub.

Zanun, Mlmadın fətvasının yəhudilərin məskunlaşdığı ərazilərə xidmət etdiyinə toxunaraq, bunun irqçi və radikal dindən qaynaqlandığını söyləyib.

“Fələstinlilərin öldürülməsi üçün edilmiş fitnəkar bir dəvətdir”

Zanun, bu fətvanın özlərindən olmayanlara qarşı dünyagörüşləri ilə üst-üstə düşdüyünü və fələstinlilərin öldürülməsi, ağacların sökülməsi, quyularına zəhər tökülməsi kimi fətvaların daha əvvəl də verildiyini qeyd edib.

Fələstin Qurtuluş Təşkilatı (FQT) icra heyətinin üzvü Vasili Əbu Yusuf, “Bu, Fələstin xalqına qarşı ilk çağırış olmadığı kimi, fələstinlilərin təmizlənməsi və öldürülməsi üçün edilmiş fitnəkar bir dəvətdir” deyib.

“İsrail barış üçün həqiqi bir məkan deyil”

Bu açıqlamaların İsrail tərəfinin sülh üçün həqiqi bir məkan olmadığını göstərdiyi qeyd edərək, “Yəhudi xaxamlar fələstinlilərin öldürülməsinə, torpaq və kənd təsərrüfatı məhsullarının oğurlanması, malların məhv edilməsi istiqamətində onlarla fətva verdi. Bu fətvalar yəhudi mühacirlərin fələstinlilərə qarşı adam öldürmə və təxribat əməliyyatlarına səbəb olub” deyə qeyd edib.

Qeyd edək ki, Qərbi Şəriyyədəki xaxamlar Şurasının Başçısı Shlomo Mlmad, cümə günü fələstinliləri yaşadıqları bölgələrdən köç etdirmə hədəfiylə içdikləri suya zəhər qatıla bilər fətvasını vermişdi.

MÜZAKİRƏ

2 şərh İsraillin din alimindən qan donduran sözlər: Sularına zəhər qatın! üçün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az