Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İsraillə Livan QARŞI-QARŞIYA: 20 ilin ən böyük manevri gerçəkləşəcək

Minlərlə muzdlu əsgərin iştirak etdiyi hərbi manevrlər keçiriləcək.

İsrail ordusu son 20 ilin ən böyük hərbi manevrini etməyə hazırlaşır.

Din.az Publika.az-a istinadən xəbər verir ki, manevrin Hizbullah təşkilatına qarşı böyük bir hücum olduğu bildirilib. İkinci məqsəd isə Hizbullah militanlarının İsrail sərhədindən keçmələrinin qarşısını almaqdır.

İsrail mediasında yayılan məlumata görə, İsrail Kəşfiyyat Xidmətinin keçmiş sədri Meyr Daqanın adını daşıyan hərbi manevrlər Livan sərhədində aparılacaq, Şimali İsrail Müdafiə Komandirliyi tərəfindən idarə ediləcək.

Minlərlə muzdlu əsgərin qatılacağı hərbi manevrlər 11 gün davam edəcək. İsrail ordusu hava, quru, dəniz qüvvələri ilə hücuma keçəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az