Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İSRAİLİN QORXUNC “MƏSCİDUL-AQSA” PLANI ORTAYA ÇIXDI

Məscidul-Aqsanı bölmək istəyirlər.

Qüds və müqəddəs məkanlara dəstək üçün İslam-Xristian Komissiyasının baş katibi İsa, İsrailin “Məscidul-Aqsanı” zaman və məkan olaraq bölməni hədəflədiyini söyləyib.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, İsrailin Məscidul-Aqsanı əvvəl bağlaması, daha sonra qapılara elektron detektorlar yerləşdirərək girişlərə məhdudiyyətlər gətirməsi, Axsanın statusunu dəyişdirməyə, zaman və məkan olaraq bölməyə çalışdığı şəklində qiymətləndirilib.

İsrail polisinin, 14 İyulda Məscidul-Aqsada silahlı hücumda olduğunu iddia etdiyi 3 fələstinlini öldürməsi və hadisədə yaralanan 2 İsrail polisinin xəstəxanada ölməsinin ardından Qüdsdə gərginlik artıb.

Fələstinlilərin “Qüds hərəkəti” adını verdiyi hadisədən dərhal sonra İsrailin Axsanı ibadətə bağlaması, daha sonra qapılara elektron detektorlar yerləşdirərək girişlərə məhdudiyyətlər gətirməsi fələstinlilərin ciddi reaksiyasına səbəb olub.

Mütəxəssislər isə son yaşananları İsrailin bu vəziyyəti bəhanə edərək, müsəlmanların ilk qibləsi

Məscidul-Aqsanın statusunu dəyişdirməyə, zaman və məkan olaraq bölməyə çalışdığı şəklində şərh edilib.

Qüds və müqəddəs məkanlara dəstək üçün İslam-Xristian Komissiyasının baş katibi Hanna İsa, etdiyi açıqlamada, İsrailin Axsanı ibadətə bağlayaraq və sonrasında da məhdudiyyətlər gətirərək son dərəcə təhlükəli bir cinayət işlətdiyini ifadə edib.

“Müxtəlif döyüşlərə baxmayaraq Axsa, təxminən 800 il ərzində heç bağlanılmayıb. İsrail, Axsa və Qüdsdəki müqəddəs məkanlara qarşı müharibə aparır. Məscidin bağlanması böyük günahıdır. Müsəlmanlara aid müqəddəs məkana bir hücumdur” deyə bildirib.

“İsrailin bu torpaqlar üzərindəki hər cür tətbiqi qeyri-qanunidir”

“İsrail, etdikləriylə Axsanı müsəlmanlar və yəhudilər arasında zaman və məkan olaraq bölməni hədəfləyir” ifadəsində bildirən İsa, bu vəziyyətin bölgədə bir din müharibəsinin çıxmasına səbəb olacağını qeyd edib.

İsa, “Şərqi Qüds, beynəlxalq qanuni qərarlara görə işğal altında olan bir Fələstin torpağıdır. İsrailin bu torpaqlar üzərindəki hər cür tətbiqi qeyri-qanuni və əsassızdır. İsrailin şərtsiz olaraq bu torpaqlardan çəkilməsi lazımdır. İsrailin, beynəlxalq qanunlara görə Şərqi Qüdsün heç bir qarışında hüquqi haqqı yoxdur. ” deyə bildirib.

Fələstinli siyasi analitik Mehdi Əbdülhadi də “İsrail, Axsanın Osmanlı dövründən bəri tətbiq olunan ictimai, dini, tarixi və siyasi statusunu dəyişdirmək planlarının icra edir. Qüdsün 1967-ci ildə işğal edilməsindən bu yana İsrail yəhudi əhalisini artırmağa və bu bölgədə yəhudi sinaqoqları ilə məktəblər inşa etməyə çalışaraq bölgənin statusunu dəyişdirməyə çalışır. ” deyə bildirb.
İsrail güclərinin, baş nazir Netanyahunun bunları etdiyinə diqqəti çəkən Əbdülhadi, “İsrail, 90-cı illərdən bu yana Axsadakı vəziyyəti mərhələli olaraq dəyişdirməyə çalışır. İşğalla başladığı bu plana hərəmin bəzi hissələrini idarəsi altına almaqla davam edib. Daha sonra radikal yəhudilərin, buraya girməsini təmin edib. İndi isə qarşımızda həqiqətən çətin və təhlükəli bir mərhələ var. ” deyə bildirb.
Əbdülhadi, “İsrail, El-Xəlil şəhərindəki İbrahim Məscidində tətbiq olunanları, eyni qaydada Axsa da tətbiq etməyə çalışır. YUNESKO-nun hər iki məscidi də islami məkan olaraq qəbul etməsinə baxmayaraq

Məscidul-Aqsanı da bölmək istəyirlər. Ancaq İsrail, Fələstin küçələrinin qiyamından narahatlıq edir. Bu səbəblə planlarını mərhələli olaraq icra edir. ” deyə danışıb.

İsrail və Fələstin arasındakı qarşıdurmanın dini qarşıdurmaya çevrilməsinə aparacağını xəbərdarlıq edən Əbdülhadi, belə bir qarşıdurmanın təsirlərinin heç də xoş nəticələr verməyəciyini bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az