Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

İsrailin bu qərarını heç vaxt qəbul etməyəcəyik – Abdulla

“Bu qərar fələstinlilərlə danışılaraq verilməlidir.”

Malayziya hökuməti İsrailin birtərəfli verdiyi bu qərarı heç vaxt qəbul etməyəcək. Bu qərar fələstinlilərlə danışılaraq verilməlidir.

Din.az xəbər verir ki, bunu Malayziya Xarici İşlər naziri Seyfəddin Abdulla İsrailin Əqsa məscidinin cənubunda yerləşən Silvan məhəlləsindən Buraq divarına doğru tunel qazmasına münasibət bildirərkən deyib.

“İsrailin bu etdiklərinə göz yummuruq, bu barədə qətiyik. Fələstinlilərə dəstək olacağıq”, – Abdulla qeyd edib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az