İsraildən İrana təpki: İŞİD sizin…

“İranın Suriyada güclənməsi Şərq və İsrail üçün təhlükədir”.
İsrail İranı İŞİD-in işini davam etdirməkdə günahlandırıb.
Din.az bildirir ki, İsrailin Baş Naziri Binyamin Netanyahu Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Görüş zamanı Netanyahu Putinə İranla bağlı İsrailin narahatlığını çatdırıb. Netanyahu İranın Suriyada güclənməsinin Şərq və İsrail üçün təhdid olduğunu vurğulayıb.
İranın nüvə proqramını davam etdirməklə terroristlərə sponsorluq etdiyini bildirən Netanyahu “İran İŞİD-in işini təhdidlərilə davam etdirir” deyib.