Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İsraildən inanılmaz qərar: orduya müsəlmanlara hücum əmri verildi

Netanyahu Qəzza sərhədində əlavə qüvvələrin toplanması ilə bağlı da tapşırıq verib.

İsrailin baş naziri Binyamin Netanyahu orduya Qəzza bölgəsində genişmiqyaslı əməliyyat keçirməklə bağlı təlimat verib.

Din.az xəbər verir ki, Netanyahu Qəzza sərhədində əlavə qüvvələrin toplanması ilə bağlı da tapşırıq verib.

Fələstinlilərin “Torpaq günü”nün 43-cü ildönümü münasibətilə şənbə günü Qəzza sərhədində nümayişlər keçirəcəyi gözlənilir.

Qeyd edək ki, İsrail 1976-cı ilin 30 mart tarixində fələstinlilərə aid əraziləri zəbt edib. Fələstin xalqı buna etiraz olaraq ümumilli etirazlara başlayıb. İsrail ordusunun atəş açması nəticəsində 6 fələstinli şəhid olub, yüzlərlə insan yaralanıb. Bu hadisədən sonra fələstinlilər 30 mart tarixini “Torpaq günü” elan ediblər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az