Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İsraildən ərəblərə ağır zərbə: Son iki ildə…

İsrail məclisininin ərəb deputatlarından sərt reaksiya…

İsrail ölkənin cənubundakı Nəkab bölgəsində yaşayan minlərlə ərəbi İsrail vətəndaşlığından çıxarıb.

Din.az bildirir ki, bu barədə məlumat yayan İsrailin “Haaretz” qəzeti Daxili İşlər Nazirliyinin son iki ildə Nəcəf səhrasında yaşayan minlərlə ərəbi vətəndaşlıqdan çıxardığını bildirib.

“Haaretz” qəzetinin bu məlumatı üzə çıxarması İsrail məclisininin ərəb deputatlarının sərt reaksiyasına səbəb olub. Onlar İsrailin qanunsuz addım atdığını və bunun heç bir hüquqi çərçivəyə sığmadığını bildiriblər. /Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az