Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İsraildən açıqlama: “Biz PKK-nı terrorçu olaraq görürük, amma…”

“Onlar İsrailin xarici siyasətinə xidmət edirlər”.

Bir neçə gün əvvəl İsrailin Baş Qərargah rəisinin müavini Yair Qolan, PKK-nı terrorçu olaraq görmədiklərini, əksinə onların İsrailin maraqlarına xidmət etdiyini söyləmişdi.

“İsrail PKK-nı terror təşkilatı olaraq görür, amma kürdlərin müstəqil dövlət qurma haqqını dəstəkləyir”.

Din.az Sputnik.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu açıqlama verib.

“İraqın şimalındakı kürd muxtariyyəti sentyabrın 25-də müstəqillik referendumu keçirməyi düşünür. Biz bunu dəstəkləyirik, çünki kürdlərin də hər bir millət kimi müstəqil dövlət yaratmaq haqqı var. Ancaq bununla belə, biz PKK-nı terrorçu təşkilat olaraq görürük. Türkiyənin HƏMAS-ı dəstəkləməsinə qarşı olduğumuz kimi, PKK-ya da qarşıyıq ” — Netanyahu bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl İsrailin Baş Qərargah rəisinin müavini Yair Qolan, PKK-nı terrorçu olaraq görmədiklərini, əksinə onların İsrailin maraqlarına xidmət etdiyini söyləmişdi.

“Biz PKK-nı terrorçu təşkilat olaraq görmürük, əksinə, onlar İsrailin xarici siyasətinə xidmət edirlər” — Qolan deyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az