Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İsrail rejimi 16 yaşlı fələstinli qızı azadlıqdan məhrum etdi – SƏBƏB

İddiaya əsasən, 16 yaşlı qız polisə hücum edib.

İsrail rejiminin məhkəməsi 16 yaşlı fələstinli qız barədə hökm çıxarıb.

“Din.az”ın “İslamazeri.az”a istinadən verdiyi xəbərə əsasən, İsrail rejimi 16 yaşlı fələstinli qızı 6 il müddətinə azadlıqdan məhrum edib.

“Ha-Şaron” həbsxanasında saxlanılan fələstinli qız Mənar Məcedi Şavikinin anası Həyyə Şaviki bildirib ki, Sionist rejiminin Mərkəzi məhkəməsi məhkəmə iclasını 2 dəfə təxirə saldıqdan sonra, gənc qızın barəsində 6 illik həbs qərarı çıxarıb.

O, həmçinin əlavə edib ki, 2015-ci ilin dekabr ayının əvvəllərində onun üzərində keçirilmiş axtarış zamanı bıçaq aşkar edilmişdi. Yoxlanış, Mənar Qüdsün cənub-şərqində yerləşən Səlvan rayonundakı məktəbdən çıxan zaman baş vermişdi.

İki həftə sonra, dekabr ayının 21 o, Beytul-Müqəddəsin tarixi hissəsində polisə hücum cəhdi etdiyinə görə Sionist rejimi tərəfindən yenidən tutularaq, həbsxanaya göndərilmişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az