İsrail Ordusu fələstinli gəncin evini yerlə yeksan etdi- FOTO

İsrail əsgərləri fələstinlilərə rezin güllə atdılar.
İsrail Ordusu bu gün səhər saatlarında fələstinlilərin kompakt yaşadıqları əraziyə daxil olaraq 3 nəfəri qətlə yetirən 19 yaşlı fələstinli gənc Ömər Əl Abadın yaşadığı evi yerlə-yeksan edib.
Din.az bildirir ki, ağır texnika və əsgərlərlə fələstinlilərin kompakt yaşadıqları əraziyə daxil olan İsrail əsgərlərinə yerli əhali müqavimət göstərib nəticədə fələstinlilərə qarşı rezin güllə atılıb. Baş vermiş hadisə zamanı 1 nəfər yaralanıb.
Qeyd edək ki, ötən ay İsrailin Xalamiş rayonuna qanunsuz keçən Ömər Əl Abdan burada yaşayış binasına soxularaq orada olan 3 nəfəri qətlə yetirmişdi. / Moderator.az