Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İsrail ordusu bu ölkənin 3 vətəndaşını qətlə yetirən fələstinlinin evini dağıtmağa hazırlaşır

Fələstinlinin yaşadığı Xobar kəndi mühasirəyə alındı.

İsrail ordusu bu ölkənin 3 vətəndaşını qətlə yetirən fələstinlinin evini dağıtmağa hazırlaşır.
Din.az “Report”a istinadən xəbər verir ki, İsrail ordusu fələstinlinin yaşadığı Xobar kəndini mühasirəyə alıb və evdə axtarış aparıb. Eyni zamanda, fələstinlinin qardaşı həbs olunub.
Qeyd edək ki, iyulun 21-də İordan çayının sağ sahilindən olan fələstinli israillilərin yaşadığı Neve-Tsuf qəsəbəsində üç nəfərə bıçaqla ölümcül yaralar yetirib. Daha bir nəfər ağır yaralanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az