Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İsrail klubu ilə oynadıqları üçün millidən kənarlaşdırıldılar

Futbolçular federasiya tərəfindən sərt cəzalandırıldılar.

İran milli komandasının 2 futbolçusu yığmadan kənarlaşdırılıb.

Din.az  bildirir ki, Ehsan Hacı Səfi və Məsu Şocaeinin millidən qovulmasına səbəb İsrail klubu ilə oyunda iştirak etmələri olub.

Yunanıstanın “Panionios” klubunda çıxış edən futbolçular Avropa Liqasının təsnifat mərhələsi İsrailin “Maccabi” (Tel-Əviv) komandası ilə görüşündə iştirak ediblər. İranla İsrail arasında diplomatik əlaqələrin olmadığından futbolçular federasiya tərəfindən sərt cəzalanıblar.

Səfi 84, Şocaei 70 dəfə yığma komandanın formasını geyinib. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az