Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İsrail hökuməti iranlı qadın jurnalistə sığınacaq verib

Jurnalist 3 il əvvəl İranda edam edilməkdən qaçıb.

İsraildən sığınacaq istəyən İran vətəndaşı 33 yaşlı jurnalist Neda Amin avqustun 10-da İsrailə gedib.
Din.az “Report”a istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri Arye Deri onun xahişini qəbul edib.
Neda Amin 3 il əvvəl İranda edam edilməkdən qaçaraq Türkiyəyə sığınıb. Məlumata görə, Türkiyə onu İrana qaytarmaq niyyətində olub.
İsrail Jurnalistlər Birliyi dövlətin daxili işlər nazirinə iranlı jurnalistə sığınacaq verilməsi ilə bağlı müraciət edib. Müraciətdə onun peşəkar fəaliyyətinə görə təhdid edildiyi vurğulanıb.
Neda Amin “Times of Israel” saytına fars dilində bir neçə məqalə də yazıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az