Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İsrail hökuməti Fələstin ərazilərində yeni yaşayış məskənləri salacaq

İsrail bədxah əməllərindən əl çəkmir.

İsrail hökuməti İordan çayının qərb sahilindəki yəhudi məskənlərində 2 500 ev tikmək niyyətində olduğunu təsdiqləyib.

“Din.az”ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin müdafiə naziri Aviqdor Liberman bildirib.


Baş nazir Benyamin Netanyahu da, öz növbəsində, İsrailin məskunlaşma siyasətini davam etdirəcəyini bəyan edib.

Qeyd edək ki, 2016-cı ilin dekabrın 23-də BMT TŞ İsraildən Fələstin ərazilərində məskunlaşma siyasətinə son qoymasını tələb edən qətnamə qəbul edib.

Buna cavab olaraq İsrail BMT büdcəsinə ödəmələrini 6 milyon dollar azaldıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az