Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İsrail hərbçiləri Qüdsdə 10 fələstinlini yaraladı

Yaxın Şərqdə gərgin vəziyyət davam edir.

İsrail hərbçilərinin Fələstinin Əbu Diys məhəlləsinə etdiyi basqın zamanı 10 fələstinli gənc yaralanıb.

Din.az bildirir ki, İsrail ordusu özünü daşlarla müdafiə etməyə çalışan gənclərə gözyaşardıcı qaz, səs bombaları atıb, gerçək və plastik mərmilərlə atəş açıb.

Şahidlər İsrail hərbçilərinin basqın zamanı istifadə etdiyi səs və qaz bombalarının düşdüyü bir mağazanın yandığı, ancaq yaralananın olmadığını bildirirlər.

İsrail hərbçiləri tez-tez  Qüds şəhərinin şərqindəki Əbu Diys, Ayzəriyyə məhəllərinə müxtəlif səbəblər və bəhanələrlə basqınlar edir. Bu zaman fələstinli gənclərlə İsrail hərbçiləri arasında mübahisə olur. Çox vaxt bu mübahisə İsrail ordusunun atəş açmağı, fələstinlilərin yaralanmağı və ya həyatlarını itirməkləri ilə nəticələnir. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az