Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İsrail Əsəd qüvvələrini bombaladı, İrana xəbərdarlıq etdi

Dəməşq İsraili İŞİD-ə dəstək verməkdə ittiham edib.

İsrail aviasiyası Suriya ordusunun sursat daşıyan hərbi karvanını bombalayıb.

Din.az “APA TV”yə istinadən bildirir ki, həmin vaxt hərbi karvan Qolan yüksəklikləri ərazisində hərəkət edib.

İtkilər barədə məlumat yoxdur.

Təl-Əviv zərbələr nəticəsində güclü partlayışlar baş verdiyini təsdiqləyib.

Dəməşq isə İsraili İŞİD-ə dəstək verməkdə ittiham edib.

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsinin sərhədlərində istənilən hərbi manevrə sərt reaksiya veriləcək. Hökumət rəhbəri İrana da mesaj göndərib. O, Tehrana xəbərdarlıq edərək, Suriyanın İsrailə yaxın olan ərazilərindəki “Hizbullah” təşkilatına dəstəyi dayandırmağa çağırıb.

Bu arada Əsəd qüvvələri Küneytr bölgəsində “Ən Nüsra Cəbhəsi”nə ağır zərbələr vurub. Terrorçuların ciddi itki verdiyi deyilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az