Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İSRAİL BU TORPAQLARI FƏLƏSTİNƏ VERİR – İLK DƏFƏ

Netanyahudan gözlənilməz etiraf…

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ rəsmiləri ilə görüşdə ilk dəfə olaraq Tel-Əvivin Fələstinlə torpaq mübadiləsinə hazır olduğunu bildirib.

Din.az bildirir ki, bu barədə informasiyanı İsrailin “İkinci” televiziya kanalı yayıb.

Televiziya Netanyahunun bu etirafını ABŞ-ın rəsmi nümayəndəsi Ceyson Qrinblatla telefon danışığı zamanı səsləndirdiyini bildirib. Netanyahu ilə Qrinblatın görüşündə ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner də iştirak edib.

Netanyahunun təklifinə görə, ABŞ İordan çayının qərbində olan Quş-Etsion qəsəbəsinin İsrailə qatılmasına razılaşmasını istəyib. Bunun qarşılığında isə o, İsrailin tərkibində olan və müsəlmanların yaşadığı Vadi Ara bölgəsini Fələstinə verilməsinə razılaşacağını söyləyib./Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az