Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“İsra” 71-ci ayədə “imam” sözünün mənası

Ayənin tərcüməsi belədir: “O gün bütün insanları öz başçıları (rəhbər, lider, imam) ilə birlikdə çağıracağıq. (O zaman) kitabı sağ əlinə verilən kimsələr öz kitablarını (sevinclə) oxuyacaq və onlara xurma çəyirdəyindəki tel qədər zülm edilməyəcəkdir (heç bir haqsızlığa məruz qalmayacaqlar)” (“İsra” surəsi, 71). İmam (امام) sözü ərəb dilində “qabağa keçmək, sövq və idarə etmək” mənaları verən “əmm” (امام) […]

Ayənin tərcüməsi belədir:

“O gün bütün insanları öz başçıları (rəhbər, lider, imam) ilə birlikdə çağıracağıq. (O zaman) kitabı sağ əlinə verilən kimsələr öz kitablarını (sevinclə) oxuyacaq və onlara xurma çəyirdəyindəki tel qədər zülm edilməyəcəkdir (heç bir haqsızlığa məruz qalmayacaqlar)” (“İsra” surəsi, 71).

İmam (امام) sözü ərəb dilində “qabağa keçmək, sövq və idarə etmək” mənaları verən “əmm” (امام) kökündən törəyib. Bu söz Quranda  “rəhbər, lider, insanları düzgün yola və ya zəlalətə (pis yol) dəvət edən şəxslər” kimi işlədilir. Həmin ayələr belədir:

Səbr etdiklərinə və ayələrimizə yəqinliklə inandıqlarına görə Biz əmrimizlə onlardan doğru yolu göstərən imamlar (rəhbərlər) təyin etmişdik” (Səcdə, 32/24. Əlavə olaraq baxın: Ənbiya, 21/73).

“O (Firon) və onun əsgərləri yer üzündə haqsız yerə təkəbbür göstərdilər və elə güman etdilər ki, hüzurumuza qaytarılmayacaqlar. Biz də onu və onun əsgərlərini tutub dənizə atdıq. Bax gör zalımların aqibəti necə oldu. Biz onları oda çağıran rəhbərlər (imamlar) etdik. Qiyamət günü onlara kömək edilməyəcəkdir.” (Qəsəs, 28/39-41. Baxın, Tövbə, 9/12)

Yuxarıdakı ayələrdən də məlum olur ki, imam sözü insanları yaxşılıq və ya pisliyə dəvət edən şəxslər mənasında işlədilir. Odur ki, hazırkı dövrdə də insanların ardınca getdikləri yaxşı və ya pis fikir, hərəkət və davranışlarından təsirləndikləri dini və siyasi şəxslər bu kateqoriyada hesab olunurlar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az