Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Dünyəviliyi ataq, dindar bir konstitusiya yaradaq

Türkiyənin Millət Məclisinin vəkili iştirak etdiyi bir konfransda yeni konstitusiyada dünyəviliyin lazım olmadığını söyləyib. “Din.az” xəbər verir ki, Türkiyənin millət vəkili İsmayıl Qəhrəman, İslam Ölkələri Akademik və Yazarlar Birliyi AY-BİR-in təşkil etdiyi VI “Yeni Türkiyə konfransları”nın, “Yeni Türkiyə və Yeni Konstitusiya” mövzusunda konfrans keçirib. Məclis Başçısı konsfransda etdiyi çıxışında, “Dünyəvilik yeni konstitusiyada olmamalıdır”, – deyib. […]

Türkiyənin Millət Məclisinin vəkili iştirak etdiyi bir konfransda yeni konstitusiyada dünyəviliyin lazım olmadığını söyləyib.

“Din.az” xəbər verir ki, Türkiyənin millət vəkili İsmayıl Qəhrəman, İslam Ölkələri Akademik və Yazarlar Birliyi AY-BİR-in təşkil etdiyi VI “Yeni Türkiyə konfransları”nın, “Yeni Türkiyə və Yeni Konstitusiya” mövzusunda konfrans keçirib.

Məclis Başçısı konsfransda etdiyi çıxışında, “Dünyəvilik yeni konstitusiyada olmamalıdır”, – deyib.

“Konstitutsiya inanca görə təsnif edildiyində, konstitutsiyanın 61-ci və 82-ci bəndləri dindar mövzularındadır. Niyə? Rəsmi bayram günləri, Qurban bayramı, Ramazan bayramı, din dərsləri məcburidir və inanca dayanan bir quruluşu vardır. Yəni dünyəvi deyil, dindar konstitutsiyadır. Belə ki, dünyəvilik yeni konstitutsiyada olmamalıdır. Dünyada 3 konstitutsiyada dünyəvilik var: Fransa, İrlandiya və bir də Türkiyə. Hər kəs bunu istdiyi kimi şərh edə bilər. Lakin dindar konstitutsiya məsələsində konstitutsiyamızın yayınmaması və konstitutsiyada dindən bəhs edilməsi lazımdır”.

MÜZAKİRƏ

1 şərh Dünyəviliyi ataq, dindar bir konstitusiya yaradaq üçün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az