Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

İslamın genişlənməsi dünyanın diqqət mərkəzindədir

İslamın genişlənməsinin ən mühüm səbəbləri…

“Din.az” Türkiyənin “timeturk.com” saytına istinadən xəbər verir ki, İslamın genişlənməsi və müsəlmanların sayının artması ilə bağlı ABŞ-ın “Pyu” Araşdırma Mərkəzi maraqlı araşdırma aparıb. Nəticələr isə belədir:

1- Müsəlmanların daha çox uşaq sahibi olmaları bunun ən böyük səbəbidir.

2- Müsəlmanlar ən böyük dini qruplar arasında say etibarilə daha çox gənc nəslə malikdirlər. 2010-cu ilin araşdırmalarına əsasən, onlarda orta yaş 23-dür. Bu, müsəlman olmayanlardan orta hesabla 7 yaş gənc olduqları mənasına gəlir.

3- Ümumi saya təsir etməsə də Şimali Amerika və Avropada miqrasiya səbəbilə sayları artır.

Müsəlmanların artma sürəti və əhalinin sayı ilə bağlı ABŞ və Qərb nə düşünür?

“Pyu” araşdırmalarında iştirakçılara müxtəlif inanc qrupuna mənsub olanlar haqqında yanaşmalarını 0-100 arasındakı rəqəmlərlə dəyərləndirmələri tapşırılıb. 0 ən soyuq hissləri, 100 isə ən isti yanaşmanı ifadə edir.

Amerika xalqı nə düşünür?

Ümumi olaraq amerikalılar müsəlmanlara 48 bal veriblər. Bu rəqəm 50 bal verən ateistlərə çox yaxındır. Amerika xalqı səkkiz inanca nisbətən İslama daha isti münasibət göstərir.  2014-cü ildə münasibət belə deyildi. Bu zaman aparılan sorğuda bütün inanclara yanaşma daha soyuq idi. Çünki həmin dövrdə İŞİD ortaya çıxmış, insanlarda ikrah hissi yaratmışdı.

Avropa nə düşünür?

2016-cı ildə 10 Avropa ölkəsində araşdırma aparıldı. İnsanlardan ölkələrindən İŞİD kimi təşkilatlara hansı nisbətdə dəstək verildiyi soruşuldu. Əksər ölkələrdə verilən cavab, “çox məhduddur” və ya “həddindən artıq az” olsa da, İtaliyada xalqın 46%-i “bir çox şəxs”, yaxud “Əksər müsəlmanlar” cavablarını veriblər.

Həmin sorğuda avropalılara, müsəlmanlara müsbət, yoxsa mənfi yanaşdıqları sualı da olub. Macarıstan, İtaliya, Polşa və Yunanıstanda xalqın əksəriyyəti mənfi yanaşdıqlarını bildirdikləri halda, Fransa, Almaniya, Britaniya və digər Qərbi Avropa ölkələrindəki yanaşmanın daha mülayim, hətta bəzi ölkələrdə müsbət olduğu məlum olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az