Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İslamiadaya gələn müsəlman qadın və kişilərə ayrı-ayrı həkimlər tərəfindən xidmət göstəriləcək? – RƏSMİ CAVAB (ÖZƏL)

“IV İslam Həmrəylik Oyunlara gələn bütün idmançılar və qonaqlara yüksək səviyyədə tibbi xidmət göstəriləcək”.

Səhiyyə Nazirliyi IV İslam Həmrəyliyi Oyunları zamanı Azərbaycana gələn müsəlman qadın və kişi qonaqlara, eləcə də idmançılara tibbi xidmətin təşkili məsələsində fərqli yanaşmanın tətbiq edilib-edilməyəcəyinə aydınlıq gətirib.

Din.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova özəl olaraq Trend-ə bildirildiyinə görə, idmançılar və qonaqlara stasionar tibbi yardım Bakı şəhərindəki Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzində göstəriləcək.

S.Əhmədova qeyd edib ki, oyunlara gələn bütün idmançılar və qonaqlara tibbi xidmət yüksək səviyyədə göstəriləcək və bunun üçün bütün hazırlıq işləri görülüb.

Nazirlik rəsmisi əlavə edib ki, tibbi xidmətə ehtiyacı olan qonaqlar, idmançılar ona bu xidməti göstərə bilən kişi və ya qadın həkimi seçməkdə sərbəstdirlər. Belə ki, qadınlar onlara kişi həkimlərin tibbi xidmət göstərməsini istəməyəcəklərsə, bu halda onlar qadın həkimlərin xidmətindən istifadə edə bilərlər: “Və ya əksinə olaraq, qadınların ona tibbi xidmət göstərməsini istəməyən müsəlman kişi elə kişi həkimin xidmətindən istifadə edə bilər. Biz bu məsələ ilə bağlı hər hansı problemin yaranacağını düşünmürük”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az