Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İslamiada ilə əlaqədar Azərbaycan bankları gücləndirilmiş rejimdə işləyir

Mayın 12-dən etibarən 24 bankın 40-dan çox filial və şöbəsi gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsii lə mayın 12-dən etibarən 24 bankın 40-dan çox filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Din.az bildirir ki, bu barədə “Report”a MBNP-dən xəbər verilib.

Məlumata görə, yarışlar dövründə ölkə vətəndaşları və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilməsi üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digər filial və şöbələri isə şənbə və bazar günləri də daxil olmaqla gücləndirilmiş rejimdə xidmət göstərir.

Yarışlarla əlaqədar olaraq həmçinin MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərir. Yarana biləcək hər hansı bir problemlə ölkə vətəndaşları və turistlər MBNP-nin əməkdaşına müraciət edə bilərlər.

Koordinator Elşən Səmədovdur (e-mail: elshan.samadov@fmsa.az; tel.: (+994) 51 444 25 32).

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az