Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İslamiada ilə bağlı diplomatik brifinq keçirilib

Diplomatlar gələcəkdə ölkəmizdə keçiriləcək idman yarışları haqqında da məlumatlandırılıblar.

İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və Azərbaycan Xarici İşlər Nazirliyinin birgə əməkdaşlığı ilə “Boulevard Hotel”də 60 ölkədən Azərbaycanda akkreditə olunmuş 100-dən çox diplomatik nümayəndəliklərin rəhbərləri üçün diplomatik brifinq təşkil edilib.

“Din.az” APA-ya istinadən bildirir ki, Bakı-2017-dən verilən məlumata görə, brifinqdə diplomatik nümayəndəliklərə oyunların təhlükəsizlik və akkreditasiya sahələrinə dair yeniliklər barədə məlumat verilib.

Bununla yanaşı, diplomatlar gələcəkdə ölkəmizdə keçiriləcək idman yarışları haqqında da məlumatlandırılıblar.

IV İslam Həmrəyliyi Oyunlarında gerçəkləşəcək son yeniliklər haqda danışan Bakı-2017-nin Əməliyyat Komitəsinin protokol şöbəsinin direktoru Pol Foster bildirib ki, yarışa beynəlxalq aləmdə böyük həvəs və maraq olacaq: “Bu oyunlara marağın yaranmasında, onun təbliğatında sizin də əməyiniz və dəstəyinizə ehtiyac var. Yarışla bağlı məlumatların sizə geniş şəkildə çatdırılması çox böyük önəm daşıyır”.

Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Könül Nurullayeva milli olimpiya komitələrinin İslam Oyunlarında oynadığı rollar barədə danışarkən qeyd edib ki, IV İslam Həmrəyliyi oyunları zamanı ölkəmizə təşrif buyuracaq hər bir idmançı ədalətli oyun nümayiş etdirib, bir-birinə hörmət və dəstək göstərəcək: “İnanıram ki, biz bir ailə kimi bütün komandaları dəstəkləyəcəyik və hər birinə qələbə qazanmaları üçün uğurlar arzu edəcəyik”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az