İslamı təhqir edən ABŞ konsulluğunun 2 əməkdaşı saxlanılıb – VİDEO

Qislamla bağlı yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Türkiyənin Adana vilayətində ABŞ konsulluğunun 2 əməkdaşı saxlanılıb. Saxlanılan şəxslər Türkiyə vətəndaşı olub.
Həmin şəxslərin saxlanmasının səbəbi onların sosial şəbəkədə islami dəyərləri ələ salan videosujetlər yayması olub.
31 oktyabr tarixində çəkilən görüntülər ABŞ konsulluğunun saxlanılan qadın əməkdaşının video kanalında yerləşdirilib.
Yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İnsanları qıcıqlandıran videogörüntülərdəki şəxslər polis bölməsinə gətirilib. Onların izahatı alındıqdan sonra sərbəst buraxılıb.
https://www.mynet.com/tv/embed/6049639
Adana Cümhuriyyət Baş Prokurorluğu da məsələ ilə bağlı açıqlama yayıb: “19/11/2019 tarixində sosial mediada İslam dininin təhqir olunması ilə bağlı bəzi xəbərlər yayılıb. Baş Prokurorluğa daxil olan şikayət əsasında rəsmi istintaq başladıldı. İstintaq çərçivəsində ABŞ-ın Adanadakı Konsulluğunda işləyən 1981-ci il təvəllüdlü C.Y. və Ç.G. adlı şübhəlilər təyin olunub. Onlar tərəfimizdən saxlanılıb. Daha sonra ifadələri alınaraq sərbəst buraxılıb”.