Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

“İslamda dini nikah yoxdur” — İlahiyyatçı Elşad Miri açıqlama verdi

“Nikahın dini, qeyri-dinisi olmur”.

Gəncədə 3 uşaq atası 38 yaşlı Həsən Səfərov 23 yaşlı qardaşı qızını qaçırıb. Hətta bu azmış kimi, onunla dini nikaha da daxil olub.

“Din.az” “Olke.az” saytına istinadən bildirir ki, əminin öz qardaşı qızı ilə nikaha girməsilə bağlı ilahiyyatçı alim bunları deyib:

“İslamda dini nikah yoxdur. Nikahın dini, qeyri-dinisi olmur. Bugünkü “dini nikah”da tərəflərin, xüsusilə də qadının haqqı qorunmur. Nikah əqddir. Əqd müqavilədir”.

“Konkret olaraq bir qız əmisinə ərə gedə bilməz. Bunu Quranı Kərimin 4-cü “Nisa”surəsinin 23-cü ayəsi konkret olaraq açıqlayır. Ayədə deyilir: “Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayəsində olan ögey qızları,-yox, əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir,-öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir”.

Azərbaycanda geniş yayılmış xalaqızı ilə xalaoğlunun, əmiqızı ilə əmioğlunun evlənməsi məsələsinə münasibət bildirən Elşad Miri qeyd etdi ki, bu barədə heç bir qadağa yoxdur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az