Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İslam Oyunlarının iştirakçıları və jurnalistlər Azərbaycana vizasız gələcək

“Akkreditasiyadan keçmiş şəxslər vizasız Azərbaycana daxil ola biləcək”.

“IV İslam Həmrəyliyi Oyunlarına qatılacaq iştirakçılar, habelə akkreditasiyadan keçmiş şəxslər vizasız Azərbaycana daxil ola biləcək”.

“Din.az”ın APA-ya istinad etdiyi xəbərə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Mətbuat Şurası (MŞ) tərəfindən Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi və İslam Həmrəylik Oyunlarının islam ölkələri arasında mədəni əlaqələrin möhkəmləndirilməsində rolu mövzusunda təşkil olunmuş konfransda çıxışı zamanı deyib. O bildirib ki, IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar daha sadələşdirilmiş viza rejiminin tətbiqi nəzərdə tutulub.

XİN rəsmisi qeyd edib ki, yarışları işıqlandırmaq üçün 1000-ə yaxın yerli və xarici media qurumu akkreditasiya üçün müraciət edib. Əksər müraciətlər artıq müsbət cavablandırılıb və bu proses hazırda davam etməkdədir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az