Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

İslam Oyunlarına həsr edilmiş kolleksiya hazırlanır – FOTO

IV İslam Həmrəylik Oyunlarında Azərbaycanın milli ornamentləri təqdim ediləcək.

Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova 12-22 may 2017-ci il tarixində Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına həsr edilmiş kolleksiya hazırlayır.

“Din.az”ın Trend-ə istinadən verdiyi məlumata görə, G.Xəlilova bildirib ki, modelləşdirmə və geyim dizaynı xalq dekorativ-tətbiqi incəsənətin ənənəvi növlərinin dirçəldilməsinin potensial istiqamətlərindən biridir və müasir mədəniyyətdə özünəməxsus milli istiqamətin formalaşdırılması və təsdiqinin perspektivli yoludur. Onun sözlərinə görə, yeni kolleksiyada Azərbaycan milli ornamentləri təqdim ediləcək, geyimlərin özləri isə müasir üslubda yaradılır. Dizayner qeyd edib ki, kolleksiya, ilk növbədə gənclərə, müasir meyillər nəzərə almaqla onların öz milli köklərinə marağının artırılmasına istiqamətlənib.

Qeyd edək ki, bu, G.Xəlilovanın idman sahəsinə həsr edilmiş ilk işi deyil. Onun kolleksiyası 2015-ci ildə Heydər Əliyev Fondunun birinci Avropa Oyunları Təşkilat Komitəsi ilə birgə təşkil etdiyi “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı çərçivəsində Londonda nümayiş etdirilmişdi. Bu yarışlar ərəfəsində ölkənin bölgələrində və Bakıda möhtəşəm Alov festivalı keçirilmişdi. Rəqs kollektivlərinin geyim üslubuna milli ornamentlər əlavə edilmişdi.

Tamaşaların baş qəhrəmanının – “Eurovision” mahnı müsabiqəsinin iştirakçısı Fərid Məmmədovun geyiminə isə qədim “Dədə Qorqud” eposunun qəhrəmanı Bamsı Beyrək obrazına uyğun üslub verilmişdi. Həmçinin, dizayner tərəfindən Avropa Oyunlarının rəsmi talismanları ilə əl işi olan panno yaradılmışdı.

2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində XV Yay Paralimpiya Oyunlarının açılış mərasimi zamanı Azərbaycan yığmasının bayraqdarı, ikiqat Paralimpiya çempionu, ikiqat dünya və beşqat Avropa çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi və yığmanın kapitanı İlham Zəkiyev dizaynerin hazırladığı milli kostyumda olub ki, bu da Olimpiya hərəkatının tarixində yenilikdir. G.Xəlilova, həmçinin milli ornamentlərin olduğu panno əl işini tanınmış idmançılara bağışlayıb.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az