Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İSLAM OYUNLARINA GƏLƏN QONAQLARIN SƏFƏR XƏRCLƏRİNİ KİM ÖDƏYƏCƏK? – AÇIQLAMA

“İştirakçı ölkələrin əksəriyyəti səfər xərclərini özləri ödəyəcək”.

IV İslam Həmrəyliyi Oyunlarına gələcək ölkələrin nəqliyyat xərclərini Azərbaycan tərəfi ödəməyəcək.

“Din.az” “A24.az”a istinadən xəbər verir ki, bunu IV İslam Həmrəyliyi Oyunlarının əməliyyatlar üzrə baş direktoru Mayk Loynd “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə tərəfdaşlığa dair sazişin imzalanma mərasimində deyib.

O bildirib ki, iştirakçı ölkələrin əksəriyyəti səfər xərclərini özləri ödəyəcək: “Bir neçə ölkənin müəyyən dəstəyə ehtiyacı yarana bilər. Bunu isə beynəlxalq donor qurumlar ödəyəcəklər. Azərbaycan tərəfinin heç bir məsuliyyəti olmayacaq”.

AZAL-ın vitse-prezidenti Eldar Hacıyev isə deyib ki, anlaşmaya əsasən, iştirakçı ölkələr AZAL-ın bütün infrastrukturundan istifadə edə biləcəklər.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 – 22 mayda Bakıda keçiriləcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az