Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İSLAM ÖLKƏSİ 100 UYĞUR TÜRKÜNÜ HƏBS ETDİ – ÇİNİN TƏLƏBİ İLƏ

100-ə yaxın uyğur tələbə və aktivist həbs edildi.

Çin xaricdə təhsil alan uyğurların sorğuya cəlb edilməsi kampaniyasına başlayıb.

Din.az bildirir ki,  artıq Misirdə Pekinin istəyi ilə 100-ə yaxın uyğur tələbə və aktivist həbs edilib. Buna səbəb isə onların Pekinin tələblərini yerinə yetirməkdən imtina edərək, ölkəyə geri dönməmələri olub. Pekin bu kampaniyanı, xüsusilə, islam ölkələrində təhsil alan uyğurlara qarşı başladıb.

Tələbələr və aktivistlər uyğurlara ölkəyə dərhal dönməklə bağlı müraciətin bu ilin mayından göndərildiyini bildiriblər. Onlar xaricdəki tələbələrin çoxlarının valideynlərinin girov götürüldüyünü, bunun sayəsində tələbələrin geri dönməyə məcbur edildiyini söyləyirlər.

Qeyd edək ki, uyğurlar uzun müddətdir Çinin təzyiqlərinə məruz qalırlar. Məhz bunun sayəsində müsəlman uyğurların çoxu öz yurdlarından miqrasiya etməyə məcbur olub. Uyğurların öz dini ibadətlərini həyata keçirməyə müəyyən problemlər yaradan Çin onların təşkilatlarının çoxusunu terror təşkilatları siyahısına daxil edib.

Pekin həmçinin bu xalqı assimilyasiyaya məruq qoymaq üçün uzun müddətdir uyğurların tarixi torpaqlarına çinlilərin köçünü həyata keçirir. Bu köç sayəsində uyğurlar artıq öz torpaqlarında etnik azlığa çevrilirlər. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az