İslam insanlara 22 saat oruc tutdurmaqla ZÜLM edə bilərmi? – ELMİ ARAŞDIRMA

Ötən gün Türkiyənin Din İdarəsinin nəzdində olan Fitva məclisinin işçisi Skandinaviya ölkələrində oruc tutma müddətinin 22 saat olacağını açıqlayıb. Hətta orada yaşayan müsəlmanlar bu təqvimə görə ramazanda çətinlik çəkdiklərini, yuxu və yemək balanslarının pozulmalarından şikayətləniblər. Qeyd edək ki, Skandinaviya ölkələri Şimal qütbünə yaxın olduğu üçün burda gecələr belə bəyaz olur. Şimal qütbünün təsirindən orucun tutulma […]
Ötən gün Türkiyənin Din İdarəsinin nəzdində olan Fitva məclisinin işçisi Skandinaviya ölkələrində oruc tutma müddətinin 22 saat olacağını açıqlayıb. Hətta orada yaşayan müsəlmanlar bu təqvimə görə ramazanda çətinlik çəkdiklərini, yuxu və yemək balanslarının pozulmalarından şikayətləniblər.
Qeyd edək ki, Skandinaviya ölkələri Şimal qütbünə yaxın olduğu üçün burda gecələr belə bəyaz olur. Şimal qütbünün təsirindən orucun tutulma müddəti də burda 22 saat olaraq hesablanır.
Din.az “A24.az”a istinadən bildirir ki, bu müddətin nə dərəcədə düzgün olub-olmadığını aydınlaşdırmaq üçün Türkiyənin İstanbul Universitetinin İlahiyyat fakultəsinin professoru Abdulaziz Bayındıra suallar ünvanlanıb. Mövzu ilə bağlı cavabı təqdim edirik:
Sual: Diyanətin təqviminə görə, qütblərdə insanlar təqribən 22 saat oruc tutur. İslam insanlara bu qədər zülm edə bilərmi?
Cavab: Allah dünyanı yaratmış və müəyyən tarazlıq qoymuşdur. Quran ayəsində buyurulur:
والسماء رفعها ووضع الْمِيزان.ألا تطْغوْا فِي الْمِيزانِ.وأقِيمُوا الْوزْن بِالْقِسْطِ ولا تُخْسِرُوا الْمِيزان.
“Göyü yüksəltdi və mizanı (nizamı) qurdu. Mizanı aşmayasınız deyə bunu etdi. Elə isə ölçüyə əməl edin və nizamı itirməyin”. (“Rahman” surəsi, 55/7-9)
Təqvimi hazırlayanlar gecə ilə gündüz arasında pozulan tarazlığı nəzərə almayıblar. Allahın qoyduğu nizama əsasən, gecə 3 hissədən ibarətdir;
1 – Axşam alaqaranlığı (şər qarışan vaxt),
2 – Səhərin alaqaranlığı,
3 – Gecə yarısı
Gecə yarısı ilə səhərin alaqaranlığının birinci yarısı olan səhər vaxtında fərz namaz yoxdur. Gecənin 3 hissəsindən birini meydana gətirən bu bölümə “gecə yarısı” deyilir.
Aşağıda yazacağımız ayəyə görə “gecə yarısı” deyə təyin olunan bölüm gecənin digər yarısından uzundur:
وَاذْكُرِ اسْمَ رَبِّكَ بُكْرَةً وَأَصِيلًا.وَمِنَ اللَّيْلِ فَاسْجُدْ لَهُ وَسَبِّحْهُ لَيْلًا طَوِيلًا
“Rəbbinin adını səhər-axşam fikrində saxla. Gecənin bir hissəsində və gecənin uzun hissəsində ona səcdə et və ibadətə davam et (təhəccüd namazı qıl)”. (“İnsan” surəsi, 76/25-26)
Bizim yaşadığımız bölgələrdə gecələr qaranlıqdır. Amma bu ayəyə görə gecənin qaranlıq olması lazım deyil:
وَجَعَلْنَا اللَّيْلَ وَالنَّهَارَ آيَتَيْنِ فَمَحَوْنَا آيَةَ اللَّيْلِ وَجَعَلْنَا آيَةَالنَّهَارِ مُبْصِرَةً لِتَبْتَغُواْ فَضْلاً مِّن رَّبِّكُمْ وَلِتَعْلَمُواْ عَدَدَالسِّنِينَ وَالْحِسَابَ وَكُلَّ شَيْءٍ فَصَّلْنَاهُ تَفْصِيلاً
“Biz gecə və gündüzü iki əlamət (dəlil) etdik. Rəbbinizdən lütf diləyəsiniz, illərin sayını və hesabı biləsiniz deyə, gecənin əlamətini silib gündüzün işıqlı əlamətini gətirdik. Biz hər şeyi təfsilatı ilə izah etdik”. (“İsra” surəsi, 17/12)
Ayədə “əl-Əyə”, açıq əlamət, yəni göstərici deməkdir. “Gecəni və gündüzü iki əlamət etdik” sözləri onların bir dəlil, göstərici olduqlarını bildirir. Gecənin və gündüzün də göstəriciləri vardır. “Daha sonra gecənin əlamətini silib gündüzün işıqlı əlamətini gətirdik” sözləri gecənin gözlə görülən bir işarəsinin olmadığını göstərir. Bu da bəyaz gecələrin olacağını ifadə edir.
Təqvimi tərtib edənlər bunlara diqqət etmədiklərinə görə qütb bölgəsi ilə bağlı müəyyən ölçü təyin edə bilməyiblər. Allahın qoyduğu mizan, yəni qurduğu tarazlıqla bağlı bütün ayələrə nəzər yetirəndə, ən uzun günlərin 45 dərəcə paraleldə olduğu bəlli olur. 45 dərəcədən 90 dərəcəyə qədər olan namaz və orucun vaxtları 45 dərəcə paraleldən ekvatora qədər olan vaxtlarla eynidir. Bu səbəbdən, hər insan dünyanın harasında yaşayırsa yaşasın, ilin hər günü gecənin 3 hissəsini yaşayacaq və orqanizminə istirahət verərək ibadətlərinə davam edəcəkdir.
Qeyd edilənlərin əksinə, bəyaz gecələrin yaşandığı qütblərdə və fəsillərdə oruc tutma müddəti olduqca qısadır.
SUAL: Təqvim hazırlayan qurumlar təqvimlərini nəyə əsasən tərtib edirlər?
Cavab: Bu qurumlar astronomiya qanunlarına görə təqvim hazırlayırlar. Astronomiya isə göy cisimlərini araşdıran elmdir. İnsanlar sanki kosmosun boşluğunda yaşayarcasına qəbul edilərək təqvim hazırlayırlar. Bunu hazırlayarkən nə bir ayəyə, nə də bir hədisə istinad edirlər. Quranda namazın vaxtları təfsilatı ilə açıqlanıb. “Namazı qıl” əmri ilə başlayan iki ayə vardır. Onlardan birincisi belədir:
وَأَقِمِ الصَّلَاةَ طَرَفَيِ النَّهَارِ وَزُلَفًا مِنَ اللَّيْلِ إِنَّ الْحَسَنَاتِ يُذْهِبْنَ السَّيِّئَاتِ ذَلِكَ ذِكْرَى لِلذَّاكِرِينَ
“Namazı gündüzün iki tərəfində və gecənin zülfələrində tam qıl”. (“Hud” surəsi, 11/114)
“Zülfə” yaxınlıq deməkdir. “… gecənin zülfələri” gündüzə yaxınlığını göstərən alaqaranlıqlardır. Səhər-axşam təkrarlanan və aydınlanma dərəcəsinə görə dəyişən 5 alaqaranlıq vardır:
1. Sivil alaqaranlıq: Günəşin batmasından sonra və doğmasından əvvəl hər hansı bir ulduzun görünməyəcəyi qədər aydınlıq olan vaxtdır. Bu zaman Günəşin üfüqdən uzaqlığı 6°-dən az olur. Səhər buna isfar vaxtı deyilir. Cəbrail (ə) Peyğəmbərimizə (s) səhər namazını ikinci gün bu vaxtda qıldırıb (Təbəri, Muhammed b. Cerîr, Câmiul-bəyân fî təfsîril-Qurân, təhqiq Əhməd Muhamməd Şakir, c. III, s. 524 vd. Beyrut 1420/2000. Təbəri, Tefsiri Kəbir).
Axşam vaxtı axşam namazının qılınacağı ən fəzilətli vaxtdır. Allahın elçisi belə buyurub: “Axşam namazını ulduzlar üzə çıxmadan tez qılın” (Buxari, Müslim, Əbu Davud, Nəsai və Əhməd b. Hanbəl ve Tirmîzî. Mətn Tirmizînindir).
2 – Fəcri Sadık və ya yatsının başlanğıcı: Günəşin üfüqün 9° altında olduğu vaxtdır.
3 – Rəsəd alacaqaranlığı – Günəşin üfüqün 10° altında olduğu vaxtda başlayır. Bu vaxtda həm ulduzlar, həm də üfüqün cizgisi dəqiq olaraq göründüyü üçün dənizçilər üçün ən münasib müşahidə zamanıdır. Sivil tandan üfüq görünür, lakin ulduzlar görünmür. Notik tanda isə ulduzlar görünür, üfüq isə görünmür. Dənizçinin mükəmməl müşahidə apara bilməsi üçün hər ikisi eyni anda görünməlidir. Bunun sadaladıqlarımızdan fərqi, səhərlər üfüqdəki qara və ağ cizgilərin hələ dəqiqləşməməsi, axşamlar isə həmin dəqiqliyin itməsindədir.
4 – Notik və ya dənizçi alaqaranlığı: Günəşin üfüqə yaxınlığının 12°-dən az olduğu vaxtdır. Günəş üfüqün 12°-liyində olarsa, üfüqün cizgisi görünə bilməz və hava müşahidə aparılmayacaq qədər qaranlıq olar (Dəniz Quvvətləri Komutanlığı, Hidrografi yayını, 1981 yılı için Notik Almanak, İstanbul 1980, s. 257).
5 – Astronomik alaqaranlıq: Günəşin doğmasından əvvəl və ya batmasından sonra üfüqə 18°-dən daha yaxın olduğu vaxtdır. Günəş üfüqdən 18° uzaqlıqda yerləşsə, alaqaranlıq sona çatır, gecənin yarısı və ən qaranlıq vaxt başlayır. Bu vaxtda sönük ulduzlar belə göründüyünə görə astronomlar ulduzları bu vaxtda müşahidə etməyə başlayırlar. Bu hesablamalar Günəş şüalarının Yerə çatması ilə aparılır.
Namaz vaxtlarına görə 4 alaqaranlıq var. Allah: “Namazı gecənin zülfələrində (alaqaranlıqlarında) tam qıl”. (“Hud” surəsi, 11/114) deyə əmr etmişdir. Ərəblərdə bu saat 3 olduğuna görə alaqaranlıqların üçündə namaz qılmaq lazımdır. Bunlar axşam, gecə və sabah namazlarıdır. Səhər vaxtı da alaqaranlıqdır, amma həmin vaxtda fərz qılınacaq namaz yoxdur.
“Namaz qıl” əmri ilə başlayan və namaz vaxtlarından danışan ikinci ayə belədir:
أَقِمِ الصَّلَاةَ لِدُلُوكِ الشَّمْسِ إِلَى غَسَقِ اللَّيْلِ وَقُرْآنَ الْفَجْرِ إِنَّ قُرْآنَ الْفَجْرِ كَانَ مَشْهُودًا
“Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək namaz (günorta, ikindi, axşam və gecə namazları) qıl. Sübh namazını da qıl. Çünki sübh namazı (gecə və gündüz mələkləri, həmçinin bir çox insan tərəfindən) müşahidə olunur”. (“İsra” surəsi, 17/78)
“Gecənin qaranlığınadək…” (ğasaq) ikinci şəqəfin batdığı və qaranlığın artdığı vaxtdır. Bu zaman Günəş üfüqün 18 dərəcəsinin altına düşmüş, qərb üfüqünün digər üfüqlərdən fərqi qalmamış, hava isə sərinləmiş və gecənin yarısı başlamış olur.
“Axşamın vaxtı şəfəqin şüaları düşənə qədər, gecə namazının vaxtı gecə yarısına qədərdir”. Yuxarıda qeyd etdiyimiz “Ğasaq”ın əsl mənası sərinlikdir. Bu saatda canlılar yuvalarına çəkilir və istirahət edirlər. Sözün bu mənası bəyaz gecələrdə gecə namazının vaxtını müəyyən etməyimizə şərait yaradır.
“Fecrdən qara xətt ağ xətdən tam ayırd edilənə qədər yeyin, için, sonra orucu gecəyə qədər tamamlayın”. (“Bəqərə” surəsi, 2/187)
Ayədə haqqında danışılan yemək sahur yeməyi, müşahidəni aparacaq adam isə həmin yeməyi yeyən şəxsdir. Sahur yeməyi evlərdə yeyildiyi üçün ayədə haqqında bəhs edilən aydınlığın evlərin pəncərəsindən görünməsi lazımdır. Bu aylərə və hədislərə görə, hər gün 3 doğuş və 3 batış olur. Batanlar: birinci şəfəq və ikinci şəfəqdir. Doğanlar isə Fəcri-kazib, fəcri-sadıq və Günəşdir.
Fəcri-kazib səhər və sahur vaxtının başlanğıcıdır. Əvvəli gecə namazının son vaxtına, sonu isə gecə namazının ilk vaxtına bənzəyir. Sübh namazı ikinci doğuşla, yəni Fəcri-sadıqla vacib olur. Oruc bu vaxtda başlayır. Təqvimi hazırlayanlar isə sadaladığımız ayələrə və hədislərin heç birini nəzərə almaz. Ona görə də gecə namazını sübh namazına qədər uzadırlar. Gecəninq aranlıq olmaya biləcəyini göstərən “İsra” surəsinin 12-ci ayəsini nəzərə almaqdıqları üçün qütb bölgəsinin ibadət vaxtlarını hazırlaya bilmirlər. Bəziləri bu bölgələrdə Məkkənin namaz vaxtlarını, bəziləri isə ən yaxın bölgənin namaz vaxtlarını əsas götürərək təqvim hazırlayırlar. Onların Quran və əlaqədar hədislərə əsas gətirmədən hazırladıqları təqvimlər insan fitrətinə əks təsir edir.
SUAL: Orucun qəzası qılına bilərmi? Oruc bilərəkdən buraxılarsa kəffarəti varmı?
CAVAB: Orucu sadəcə xəstə və yol üstündə olanlar tutmaya bilərlər. Bu vəziyyətdə olmayanlar oruc tutmayıblarsa, edəcəkləri yeganə şey tövbədir. Allahın Rəsulu belə buyurb:
“Ramazanda xəstəlik və ya üzürlü səbəblərdən dolayı oruc tutmayan şəxs həyatı boyu oruc tutsa tutmadığı bir gününü təlafi edə bilməz”. (Tirmizi, Savm, 27)
Oruc kəffarəti deyə bir şey yoxdur. Allah tala orucla bağlı izah etdiyi ayələrin sonuncusu olan Bəqərə sürəsinin 187-ci ayəsində belə bildirir:
“… Bunlar Allahın qoyduğu sərhədlərdir, onlara yaxınlaşmayın. Allah ayələrini insanlara belə açıqlayar ki, özlərini qorusunlar”. (Bəqərə, 187)
Bu ayələrdə olamayan şeyi istəmək Allahın qoyduğu sərhədləri keçmək deməkdir. Fiqh kitablarında yer alan keffarət bu rəvayətin düzgün olmayan versiyası ilə ortaya çıxmışdır:
Seleme b.Sahr el-Beyadi belə rəvayət edir: “Başqaları ilə müqayisə edilə bilməyəcək dərəcədə cinsi əlaqəyə düşkün biri idim. Ramazan ayı girən zaman gecə bir şey olar və xanımımla cinsi əlaqəyə girərəm deyə qorxdum və ona Ramazan boyu davam edəcək bir zıhar etdim. Arvadım mənə xidmət edərkən bədənindən bir yer açılıb göründüyü zaman dayana bilmədim və onunla yaxınlıq etdim. Səhər olanda bütün yaxınlarıma baş verənləri danışdım. Daha sonra “Mənimlə Rəsulullaha gəlin, vəziyyəti ona da açıqlayaq” dedim. “Gələ bilmərik! Haqqımızdan ayənin enməsindən qorxuruq. Rəsulullah bir şey deyər və biz bunun utancı altında yaşamaq məcburiyyətində qalarıq. Sən get və danış!” dedilər. Allahın Rəsulunun yanına tək getdim, vəziyyəti danışdım. Mənə “Belə etdim, Seleme?” buyurdu, “Bəli, elə etdim! Ancaq Allahın əmrinə razıyam, mənə onun əmrini tətbiq edin!” dedim. Rəsulullah “bir kölə azad et!” buyurdu. Boynumu göstərərək “bundan başqa bir varlığım yoxdur!” dedim. “O zaman ard-arda iki ay oruc tutacaqsan!” buyurdu. “Onsuz da başıma nə gəldisə oruc tutduğum üçün gəldi, Ya Rəsulullah!” dedim. “O zaman 60 kasıb insana quru xurma payla” buyurdu. “Vallah, mən və arvadım gecəni ac olaraq keçirtdik” deyincə, “Beni Zureykin sədəqə mallarına baxan məmurun yanına get, həmin miqdarda xurmanı sənə versin, sən də 60 kasıb insana yedirt. Qalanını da ailənlə ye!” buyurdu. Qohumlarımın yanına gedib “Sizdə çətinlik və problem tapdım. Rəsulullah sədəqənizdən mənə verilməsini əmr etdi” dedim” (Ahmed b. Hanbel (ö. 241/855), Müsnedü’l-İmam Ahmed b. Hanbel, Daru’l-fikr, y.y., trs., IV, 37).
Bu hədis Ramazan gecəsi ilə bağlıdır. Məzhəblər onun Ramazanda gündüzüb meydana gəldiyini var sayaraq oruc keffarəti sayıblar.