Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərində 4 min tələbə könüllü kimi iştirak edəcək

“İnanırıq ki, tələbə könüllülər bu oyunlarda da özlərini layiqli səviyyədə təmsil edəcəklər”.

Bu il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının yalnız açılış və bağlanış mərasimlərində ali və orta ixtisas təhsili müəssisələrinin 4 min tələbəsi könüllü kimi iştirak edəcək.

“Din.az”ın Trend-ə istinad etdiyi məlumata görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Onun sözlərinə görə, hazırda həmin tələbələr üçün təlimlər keçirilir: “İnanırıq ki, tələbə könüllülər bu oyunlarda da özlərini layiqli səviyyədə təmsil edəcəklər. Təhsil Nazirliyi könüllülərin təşkilatlanmasını həyata keçirib. Bununla bağlı tələbə könüllülərinin 2 forumu keçirilib, “Bir” adında Tələbə Könüllülər Təşkilatı yaradılıb. Onun vasitəsilə mötəbər yarışlarda, onların açılış və bağlanış mərasimlərində, müvafiq köməkçi sahələrdə ali və orta ixtisas məktəblərinin tələblərindən seçilmiş könüllülər aktiv iştirak edirlər”.

Nazir müavini hesab edir ki, I Avropa Oyunlarında da tələbə könüllülərin fəaliyyəti çox yüksək qiymətləndirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az