Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İSLAM HƏMRƏYLİYİ OYUNLARINDA KÜVEYTİN XƏRCLƏRİ ÖDƏNİLƏCƏK – RƏSMİ AÇIQLAMA

“Küveyt istəsə belə, oyunlarda iştirak edə bilməz”.

“Bəzi “media” orqanlarında Azərbaycanın İslam Həmrəyliyi oyunlarında Küveytin maliyyə xərclərini də öz üzrinə götürməsi ilə bağlı yanlış xəbərlər yayılıb”.

“Din.az” xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmaya Məmmədova bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

 

Mətbuat katibin sözlərinə görə, Küveyt istəsə belə, oyunlarda iştirak edə bilməz:

“Çünki Küveyt Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən beynəlxalq yarışlardan iştirakdan uzaqlaşdırılıb. Azərbaycan Milli Olimpiya Komitəsi, İdman qurumları idman tədbirlərini BOK-un tələbləri çərçivəsində həyata keçirdiyi üçün Küveytin Azərbaycana gəlməsi mümkün deyil”.

Qeyd edək ki, bir müddət bundan əvvəl Azərbaycanın İslam Həmrəyliyi oyunlarında Küveytin maliyyə xərclərini də öz üzrinə götürməsi ilə bağlı xəbərlər yayılmışdı.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az